Previous Next
Bağla

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021 10:43
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Tokiodakı Olimpiya Oyunlarının açılışı ərəfəsində Kaspersky bu vacib idman hadisəsi ilə bağlı əsas onlayn fırıldaqçılıq sxemlərini araşdırıb. Onların arasında yarışların yayımını, azarkeşsiz tribunalara xəyali biletlərin və hətta saxta Olimpiya tokenlərinin satışını həyata keçirən saxta saytlar var.

1. Canlı Yayımlar

Kaspersky mütəxəssisləri Olimpiya Oyunlarının canlı yayımını təklif edən müxtəlif fişinq saytları aşkarlayıblar. Onlardan bəzilərində qeydiyyatdan keçmək tələb olunur. İstifadəçi öz məlumatlarını saxta sayta daxil edərsə, həmin məlumatlar təcavüzkarların əlinə keçir. Bundan başqa, qeydiyyat formasını doldurduqdan sonra istifadəçini aldadaraq zərərli proqramları yükləməyə məcbur edirlər.

2. Saxta Biletlər

Yaponiyada tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, yarışlara oflayn biletlərin satışı əvvəlki kimi öz aktuallığını qoruyur. Alınmış biletlərin ödənişini geri qaytarmağı təklif edən səhifələr də var.

3. Olimpiya Oyunları Tokeni

Fırıldağın digər bir növü saxta virtual valyutanın satışıdır. Bu valyuta Olimpiadanın istedadlı idmançılarına dəstəyin bir üsuli kimi təqdim olunur.

4. Olimpiada ilə bağlı təşkilatlar

Şəbəkədə Olimpiya Oyunları ilə bağlı səhifələri, məsələn, yarışların rəsmi səhifəsi və Beynəlxalq Olimpiya Komitəsinin rəsmi səhifəsini təqlid edən fişinq saytları da peyda olub. Təcavüzkarlar sonuncudan əsasən Microsoft istifadəçilərinin hesab məlumatlarını toplamaq üçün istifadə edirlər.

5. Hədiyyə uduşları

Əksər fırıldaqçılıq saytlarında Olimpiada ilə bağlı saxta viktorinalar keçirilir. Məsələn, Olimpiya Oyunlarına rahat baxmaq üçün guya televizor qazanmaq olar. Bu viktorinaya daxil olan istənilən istifadəçi “qalib” elan olunur. Hədiyyəni əldə etmək üçün isə sadəcə “çatdırılma haqqını” ödəmək lazımdır. Fırıldaqçıların öz qurbanlarından qoparmaq istədiyi pul məhz bu ödənişlərdir.

“Kiber cinayətkarlar idman yarışlarını hər zaman öz hücumları üçün yem kimi istifadə edirlər. Bu il Olimpiadanın keçiriləcəyi ölkədə koronavirusun səbəb olduğu infeksiya ilə mübarizə məqsədilə məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, təcavüzkarlar öz niyyətlərindən əl çəkməyiblər. Buna görə də, istifadəçiləri ayıq-sayıq olmağa və Olimpiya Oyunları ilə bağlı şəbəkədə qarşılarına çıxan istənilən məlumatı yoxlamağa çağırırıq”, - deyə Kaspersky-nin məzmun təhlilçisi Olqa Svistiunova bildirib.

Olimpiya mövzulu fişinq hücumlarından qorumaq üçün Kaspersky mütəxəssisləri
tövsiyə edir:

1. Linkə klikləməzdən əvvəl yönləndirildiyiniz saytın URL ünvanını, linkin özünü və göndərənin elektron poçt ünvanını yoxlayın;

2. Şəxsi məlumatlarınızı daxil etməzdən əvvəl saytın orijinallığını yoxlayın və Olimpiya Oyunlarına baxmaq üçün yalnız rəsmi səhifələrdən istifadə edin;

3. Kaspersky Security Cloud kimi zərərli göndərişləri məüyyən edən və fişinq
saytlarını bloklayan etibarlı təhlükəsizlik həllindən istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını  dövriyyəyə buraxıb

“Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb

29-07-2024
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

London Olimpiadası tarixin ən yüksək texnoloji tədbiri olacaq

10-09-2009
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusunda poçt markaları buraxılıb

23-07-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Yay Olimpiya Oyunları ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb

Yay Olimpiya Oyunları ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb

09-08-2016
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Olimpiya Komitəsi telekanal açır

Olimpiya Komitəsi telekanal açır

27-04-2015
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə