Bakı möhtəşəm bir tədbirə ev sahibliyi edir – şəhərin küçələri yenidən Formula 1 Qran Prisi həyəcanına bürünüb. Məlumdur ki, belə böyük beynəlxalq tədbirlər həmişə fırıldaqçılar üçün idman həvəskarlarının sadəlövhlüyündən və ya diqqətsizliyindən istifadə edərək pul qazanmaq fürsətləri yaradır.
Xeberler.az bildirir ki, Kaspersky, istifadəçi məlumatlarını qoruya və pula qənaət edərək təcavüzkarların tələsinə düşməmək üçün öz tövsiyələri ilə bölüşür.
Hansı fırıldaqçılıq sxemləri üzə çıxa bilər?
Birincisi, Formula 1-ə həsr olunmuş kütləvi spam göndərişləri. Təcavüzkarlar insanların tədbiri canlı izləmək istəyindən istifadə edirlər: guya Azərbaycan Qran Prisinin rəsmi təşkilatçıları, sponsorları və ya məşhur brendlər tərəfindən keçirildiyi iddia edilən lotereyadakı “qələbə” barədə mesajlar yayırlar. Saxta e-poçtda potensial qurbandan guya bilet əldə edə bilməsi üçün öz şəxsi məlumatlarını təqdim etməsi istənilə bilər. Həmçinin, həmin məktubda endirimlə bilet almaq üçün saxta səhifələrə yönləndirən keçidlər də göndərilə bilər. Onlara klikləməklə, istifadəçilər şəxsi məlumatlarını və bank kartı nömrələrini təcavüzkarlara açıqlamaq riskinə məruz qalırlar.
Digər mümkün təhlükə saxta bilet xidmətləri ilə bağlıdır. Onlar tərkibində "formula1", "bakuformula1" kimi açar sözləri ehtiva edərək çox inandırıcı görünə bilərlər. Təcavüzkarlar veb server və brauzer arasında təhlükəsiz bağlantı təmin edən SSL sertifikatları ala bilər ki, saxta saytın ünvanı “https” ilə başlayaraq şübhə çəkməsin. Bu cür təhlükəsiz bağlantı işarəsi idman həvəskarlarının sayıqlığını azalda və nəticədə onların fırıldaqçılara pul göndərməyinə yol aça bilər.
“Spontan rəsmlər, tədbirdən bir saat əvvəl bilet paylanması və s. kimi bütün xüsusi təkliflərə qarşı diqqətli olun. Onların hamısı sizi qərar verməyə və məlumatları tez təqdim etməyə tələsdirir. Şəxsi və maliyyə məlumatları tələb edən bir formanı doldurmaqla, məlumatlarınızı oğurlatmaq və əvəzində biletsiz və pulsuz qalmaq riskini gözardı etməyin. Eyni şey eksklüziv VIP aksiyalara da aiddir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xəbərdarlıq edib.
Biletləri təhlükəsiz şəkildə necə almaq olar?
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri