“Kibercinayətkarlıq iqtisadiyyata 650 milyard dollar ziyan vuracaq”

15-10-2016 / 11:58

Kibercinayətkarlıq 2016-cı ilin sonunadək dünya iqtisadiyyatına təxminən 650 milyard dollar məbləğində ziyan vuracaq.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, ekspertlərin fikrincə, bu rəqəm 2020-ci ilədək 1 trilyon dolları ötə bilər.

Bu fikirləri oktyabrın 6-8-də keçirilən “360° informasiya təhlükəsizliyi” konfransında iştirak edən ekspertlərdən biri səsləndirib.

Mütəxəssislərin fikrincə, dünya əhalisinin təxminən 25 faizi həm fərdi, həm korporativ məlumat sızmasından əziyyət çəkəcək. Bu, tənzimləyici tədbirlərin əhəmiyyətli dərəcədə sərtləşməsinə, eləcə də müxtəlif istifadəçi autentifikasiya sistemlərinin yaxşılaşmasına səbəb olacaq.

İlkin olaraq telemetrik avtorizənin tətbiq ediləcəyi gözlənilir ki, bu da bank əməliyyatlarının sayını xeyli artırmağa imkan verəcək. Bu növ cinayətlərlə əlaqədar daha bir problem hakerlərin məlumatları silərək nəzərəçarpacaq “fiziki”, bəzi hallarda isə kompüter texnikasının real “fiziki” məhv edərək ziyan vurmasındadır.  

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə