Previous Next
Bağla

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017 14:06
“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

International Data Corporation (IDC) tədqiqat şirkəti yaxın dörd ildə dünya “Əşyalar interneti” (Internet of Things, IoT) bazarının həcminin təxminən iki dəfə artacağını proqnozlaşdırır.

Xeberler.az RYTN-in elekrtron xəbər xidmətinə istinadən məlumat verir ki, 2016-cı ildə “Əşyalar interneti” sahəsində qlobal avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının satışı 737 milyard dollar təşkil edib. Yaxın illərdə bazarın illik artımının orta hesabla 15,6 faizə bərabər olaraq 2020-ci ildə 1,29 trilyon dollara çatacağı gözlənilir.

Məlumata görə, ötən il əksər “IoT” investisiyaları istehsal sektorunun payına düşüb (178 milyard dollar). Nəqliyyat daşımaları və kommunal xidmətlər seqmentində xərclər müvafiq olaraq 78 və 69 milyard dollar təşkil edib. Böyüklüyünə görə dördüncü seqment 2020-ci ilədək liderlər üçlüyünə daxil olması proqnozlaşdırılan istehlak seqmenti olub.

“IoT” üçün xərclərin ən yüksək artım tempi sığorta, səhiyyə, pərakəndə satış və istehlak məhsulları bazarlarında proqnozlaşdırılır.

Şirkətin tədqiqatında, həmçinin qeyd olunur ki, 2016-cı ildə “IoT” xərclərinin çox hissəsi (31 faiz) avadanlıqların payına düşüb. İkinci yeri servislər, üçüncünü proqram təminatı, dördüncünü kommunikasiya texnologiyaları tutub. Tədqiqatçıların proqnozlarına görə, yaxın beş ildə “IoT” avadanlıqlarının satışı iki dəfə (400 milyard dollaradək) artaraq bazarda ən yüksək göstərici olmasına baxmayaraq bu dinamika digər seqmentlərdən az olacaq.

Qurğuların şəbəkəyə qoşulması üçün modul və ötürücülər “Əşyalar interneti” sahəsində proqram təminatı alışının əsasını təşkil edəcək. “IoT” proqram təminatı seqmentində xərclərdə lider payı 50 faizi ötən proqramların olacağı ehtimal edilir.

Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əşyalar interneti” platformaların sayı 450-yə çatıb

03-07-2017

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir

05-10-2018

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015

2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

19-10-2018

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq

20-10-2016

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

Dünya İT bazarında 3 faiz illik artım proqnozlaşdırılır

13-02-2017

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015

“2015-ci ildə dünya İT bazarının həcmi 5,5 faiz azalacaq”

01-07-2015

Mobil proqramlar 57 milyard dollar gəlir gətirəcək

13-05-2016

Qlobal İKT xərcləri artacaq

07-02-2019

Bu il dünya İT bazarında 2,7 faiz artım gözlənilir

16-01-2017

Gartner: “Bu il dünya İT bazarının həcmi 1,4 faiz artacaq”

19-04-2017

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

“Əşyaların İnterneti” bazarında ən nüfuzlu şirkətlər hansılardır?

28-12-2015

Çində proqram təminatı sənayesinin gəlirləri artıb

02-07-2025

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Robot və dron satınalmasına 103 milyard xərclənəcək

25-01-2018

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə