Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) sədr müavini Elvin Şahverdiyev və Kibertəhllükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Ayxan Hüseynli "Rəqəmsal hökumətin inkişafı" mövzusunda vörkşopda iştirak edib.
Xeberler.az bildirir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin əməkdaşlığı çərçivəsində 29-30 iyun tarixlərində təşkil olunan vörkşopda Azərbaycanın rəqəmsal inkişafı, bu sahədə görülən işlər və gələcək inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.
MKA-nın sədr müavini Elvin Şahverdiyev "Strateji İstiqamət: Azərbaycan Respublikasının Rəqəmsal Hökumət üzrə Prioritetləri" mövzusunda keçirilən panel müzakirəsində çıxış edərək, rəqəmsal hökumətin dayanıqlı inkişafı üçün kibertəhlükəsizliyin strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, rəqəmsal dövlət xidmətlərinə vətəndaş etimadının möhkəmləndirilməsi, dövlət informasiya sistemlərinin dayanıqlılığının artırılması və təhlükəsiz rəqəmsal ekosistemin formalaşdırılması bu istiqamətdə əsas prioritetlərdəndir.
Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Ayxan Hüseynli isə "Kibertəhlükəsizlik, Etimad və Rəqəmsal Dayanıqlılıq" mövzusunda panel müzakirəsində kibertəhlükəsizliyin rəqəmsal transformasiyanın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. O, rəqəmsal dayanıqlığın təmin edilməsində kibertəhdidlərin vaxtında aşkarlanmasının, insidentlərə hazırlıq səviyyəsinin artırılmasının, kiberhücum indikatorlarının paylaşılmasının və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Qeyd edək ki, "Rəqəmsal hökumətin inkişafı" vörkşopunun keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya sahəsində əldə olunmuş nəticələr və gələcək prioritetlərin müzakirə və təhlil edilməsidir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları