Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015 / 11:33

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Qarabağla bağlı saytlar” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Media və İnformasiya” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Procon news”, “Texno-az”, “Xəbərinbizdən”, “TechNews“, “FEEDLY.TODAY”, “Sputnik”, “Ölkə.az” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Sputnik - Azərbaycanda və dünyada baş verən vacib və maraqlı hadisələr (siyasət, iqtisadiyyat, analitika, mədəniyyət, idman və s.) haqqında multimedia portalıdır. Ölkədə baş verən hadisələrin gedişatı, önəmli simaların məsələlərə münasibəti, müzakirələr və s. ilə bağlı məlumatları saytdan əldə edə bilərsiniz.

FEEDLY.TODAY – Xəbər portalıdır. Sağlamlıq, biznes, siyasət, iqtisadiyyat, maliyyə və s. ilə bağlı məlumatları saytdan oxuya bilərsiniz. Burada günlük xəbərləri izləmə imkanınız var.

TechNews – Saytın məqsədi digər ölkələrdə baş verən texnoloji yenilikləri Azərbaycan dilində istifadəçilərə çatdırmaqdır. Texnologiya dünyasında baş verənlər saytda nəzərə çatdırılıb.

Xəbərinbizdən -  xəbər portalıdır. Sayt dünya və Azərbaycan gündəmində baş verən ən son xəbərləri, yenilikləri, maraqlı video və fotoları oxuculara təqdim edir. İdman, iqtisadiyyat, texnologiya, hadisə, maraqlı və s. kimi xəbərləri saytdan izləyə bilərsiniz.

Texno-az - Sayt 2015-ci il iyunun 21-də yaradılıb. Texno-az saytının məqsədi istifadəçiləri ən son baş verən texnologiya yeniliklərindən xəbərdar etməkdir. Dünyada, o cümlədən Azərbaycanda baş verən texnoloji yeniliklər barədə saytı izləməklə məlumatlana bilərsiniz.

Procon news – Sayt informasiya texnologiyaları haqqında müxtəlif xəbərlər yayımlamaqdadır. Procon news  saytında daha çox barcode və məlumatların kodlaşdırılması texnologiyası haqqında xəbərlərin yayımına üstünlük verilir. Texnoloji məlumatları saytdan izləyə bilərsiniz.

Ölkə.az xəbər agentliyi 2014-cü ildən fəaliyyətə başlayıb. Saytda Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

İstifadəçilər və maraqlananlar bu saytlar haqında fikir və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Qeyd edək ki, Milli Net 2015 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə