Previous Next
Bağla

Yeni poçt markalarının təqdimatı olub

29-09-2015 11:26
Yeni poçt markalarının təqdimatı olub

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə buraxılışı olan müasir memarlıq abidələrinə həsr edilmiş iki marka nəşr olunub.
 
Xeberler.az bildirir ki, sentyabrın 22-23-də Soçi şəhərində baş tutan filateliya üzrə beynəlxalq seminarın açılışı çərçivəsində poçt markalarına dair təntənəli mərasim keçirilib.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərmarka MMC-nin direktoru İntiqam Bağırlı və Rusiya Federal Rabitə Agentliyinin rəhbərinin müavini Vladimir Şelixov  iştirak ediblər.



Qeyd edək ki, birgə buraxılışın mövzusu  yeni arxitektura metodlarından və bina formalarından istifadə edən “Müasir memarlıq” istiqamətidir. Markalarda təkcə müasir memarlıq təqdim edilməyib,   həm də paytaxt Bakı və Moskvanın  bir neçə əsr tarixə malik olan məşhur abidələri əks olunub.

İntiqam Bağırlı tədbirdə çıxış edərək birgə buraxılış çərçivəsində operativ iş üçün Federal Rabitə Agentliyinə və “Marka” nəşriyyatına təşəkkür edib. Onun sözlərinə görə, bu buraxılışlar yalnız tarix və mədəniyyət sahəsində əsas nailiyyətləri göstərmir, həm də bütövlükdə iştirakçı ölkələr arasında münasibətlərin səviyyəsini xarakterizə edir.
 
Rusiya Federal Rabitə Agentliyinin rəhbərinin müavini Vladimir Şelixov öz çıxışında qeyd edib ki, poçt markalarının birgə buraxılışları filateliyanın ümumi xarakterini əks etdirərək tarixi hadisələri və hər iki ölkənin mədəni dəyərlərini daha geniş ictimaiyyətə tanıtdırmağa imkan verir.
 
Məlumat üçün bildirək ki, poçt markalarında Bakı Alov Qüllələri fonunda Qız qalası, Moskva şəhərinin panoraması fonunda Moskva çayının sahili və Kremlin divarları təsvir olunub. Bu abidələrin bir kompozisiyada əks olunması dövrlərin və nəsillərin əlaqəsini, keçmişin və müasirliyin vəhdətini vurğulayır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Rusiyanın memarlıq inciləri əks olunan markalar buraxılıb

21-09-2015

Kişineuda poçt markaları təqdim olunub

17-10-2015

Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025

Azərpoçt AXC-nin buraxdığı markaları “WNS” ilə qeydiyyatdan keçirib

28-10-2025

"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş poçt markaları buraxılacaq

30-01-2026

Azərmarka yeni marka seriyaları təqdim edib

15-12-2009

"Vikipediya" Rusiyada bloklana bilər

27-01-2026

Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan poçt bloku təqdim olunub

05-12-2022

Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

20-02-2026

Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib

04-12-2018

Facebook rus istifadəçilərin şəxsi məlumatından imtina edir

26-08-2015

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015

Yay Olimpiya Oyunları ilə bağlı poçt markaları dövriyyəyə buraxılıb

09-08-2016

Bakı-Tbilisi-Qars dəmiryoluna məxsus poçt markası

31-10-2017

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018

“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib

18-07-2023

Ümumdünya Şahmat Olimpiadası ilə bağlı poçt markaları nəşr edilib

30-08-2016

"Azərpoçt" ilə Meksikanın birgə buraxılmış poçt markasının təqdimatı keçirilib

26-10-2024

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Şərqşünas alim VIII Rusiya Fəlsəfə Qurultayında məruzə edib

30-05-2022

Bakıda Ümumdünya Poçt İttifaqının seminarı keçiriləcək

29-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə