Previous Next
Bağla

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019 17:54
AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

2-5 aprel 2019-cu ildə Türkiyənin Antalya şəhərində “AnkosLink-2019” beynəlxalq konfransı keçirilib. Tədbirin təşkilatçısı olan Ankos Dərnəyinin məqsədi kitabxanalararası beynəlxalq informasiya mübadiləsini həyata keçirməkdir. Hər il 500-ə yaxın iştirakçısı olan konfransa müxtəlif ölkələrdən qatılanlar olur.

Xeberler.az  bildirir ki, bu il təşkil olunan “AnkosLink-2019” beynəlxalq konfransında Türkiyə, Azərbaycan, Çin, İordaniya, BƏƏ, Ruminiya, Macarıstan və s. ölkələrdən iştirakçılar qatılıb. Konfransda iştirak edən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları Sura Məmmədova və Gülarə Səbzəliyeva MEK-in informasiya resurslarının tətbiqi fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar. 

MEK təmsilçisi Sura Məmmədova 1,5 milyon sənəd fondu, 5 mindən artıq oxucusu olan Mərkəzi Elmi Kitabxananın bir sıra ilklərə imza atdığını bildirib. O, Azərbaycanın irsini, mədəniyyətini, tarixini, incəsənətini təsdiqləyən sənədləri bir arada toplayan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən danışıb. S.Məmmədova MRY vasitəsilə həm Azərbaycan, həm də dünya oxucularına ölkəmiz haqqında önəmli informasiyaların çatdırıldığını qeyd edib. MEK-də fəaliyyət göstərən Sərbəst elektron resurslar şöbəsi haqqında məlumat verən S.Məmmədova bildirib ki, MEK Azərbaycandilli vikipediyanın zənginləşməsində çox mühüm rol oynayır. MEK-in yaratdığı Vikipediyanın işlək modeli və alqoritmi, Vikipediya Metodik Mərkəzi, Viki-könüllülər qrupu, Qorqud-FB səhifəsi, Youtube kanalında Azərbaycan dilində viki-təlimlər, tərcümə edilmiş Viki-qaydalar və başqa fəaliyyətlər ölkəmizdə səfərdə olan Berlin Humbolt Universitetinin professoru və on ildən artıq müddət ərzində İFLA-nın sədr müavini və sədri olmuş Klaudia Luks tərəfindən yüksək qiymətləndirilib. S.Məmmədova auditoriyanın diqqətinə üç il ərzində görülmüş işlər nəticəsində Azərbaycandilli vikipediyanın 59-cu pillədən 48-ci pilləyə irəlilədiyini, istifadəçilərin əsasən akademik icma nümayəndələri tərəfindən formalaşmasını və sayının sürətlə
artmasını bildirib.

MEK-in konfransda iştirak edən digər nümayəndəsi Gülarə Səbzəliyeva kitabxananın proqramçıları tərəfindən tərtib olunmuş, kitabxana fəaliyyətinin bütün komponentlərini – oxucu, kitab, xidmət, qeydiyyat, maliyyə, personal, yazışma - özündə birləşdirən, “Vahid İdarəetmə Sistemi” proqram təminatı, UNESCO-nun mədəni irsin qorunması üzrə işçi qrupu tərəfindən qəbul edilmiş e-kataloq formatından, İstanbulda Kazım Qarabəkirin, Budapeştdə Georq Hazainin, Naxçıvanda Hüseyn Cavidin  Ev-muzeyləri ilə elektron sənəd mübadiləsi haqqında məlumat verib. G.Səbzəliyeva diplomatik korpuslardan hədiyyə edilmiş sənədlərdən ibarət olan Diplomatik fond, Türkiyənin Azərbaycandakı Səfirliyinin verdiyi və fondda sərgilənən kitablar haqqında danışıb. G.Səbzəliyeva MEK-in Azərbaycandilli vikipediyadakı fəaliyyətinə toxunaraq komandanın həm dünya, həm də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təbliğ edən məqalələrə üstünlük verdiklərini söyləyib, xüsusi tarixlərə və hadisələrə önəm verildiyini bildirib. Nümunə olaraq 1992-ci ildə erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı  göstərilib. Xocalı soyqırımının tanınması məqsədilə Xocalı abidələri haqqında məqalələr bir neçə dilə tərcümə olunaraq xaricidilli vikipediyalarda yerləşdirilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı AzVikidə bir sıra məqalələr yaradılıb və redaktə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

28-10-2022
Kitabların elektron təqdimatı keçirilib

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015
MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019
Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018
Kitabların qorunması üçün elektron çiplərdən istifadə olunacaq

Kitabların qorunması üçün elektron çiplərdən istifadə olunacaq

28-05-2015
Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
 Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016
MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

04-10-2024
“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

23-11-2024
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
TİKA və MEK əməkdaşlığı genişləndirir

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026
Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019
Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

19-01-2023
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə