Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

29-09-2008 / 17:41
RİA “Novosti”nin məlumatına görə, İllinoys ştat universitetinin mütəxxəssisləri insanın yaşını müəyyənləşdirən kompüter proqramı hazırlayıblar.
Insan orqanizminin qocalması bir sıra amillərdən – genetik xüsusiyyətlərdən, sağlamlıqdan və həyat şəraitindən asılıdır. Ona görə də yaşın dəqiq müəyyən olunması o qədər də asan iş deyil. Bununla yanaşı, alimlər hesab edirlər ki, insanın sifəti onun bioloji yaşına uyğun gəlir.
Layihənin rəhbəri Tomas Xvan əmindir ki, insanın üzündə onun yaşından xəbər verən informasiyalar az deyil. Proqram yaradarkən, alimlər üz ifadəsini, cinsiyyəti və etnik xüsusiyyətləri nəzərə alıblar.
Yeni proqram insanın 1-dən 93-ə  qədər yaşını  müəyyən edə bilir. Əgər müəyyənləşdirmə on ilə qədər olan yaş həddini araşdırırsa 80%, beş yaşa qədər olanları isə 50% dəqiqliklə söyləyir.
Alimlər hesab edirlər ki, proqram siqaret çəkən, spirtli içki içən yeniyetmələrin internetə çıxışını və böyüklər üçün olan saytlara girişini məhdudlaşdırmaq imkanına da malik olacaq.
Doktor Xvanın dediyinə görə, proqram şəxsi həyatın toxunulmazlığını pozmur. O, yalnız cinsi və yaşı müəyyən edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə