Koreya şirkəti “Apple” ilə iş üzrə bölmə yaradıb

16-04-2015 / 10:36

Cənubi Koreyanın “Samsung” şirkəti bilavasitə rəqibi “Apple” şirkəti ilə fəaliyyət göstərəcək xüsusi bölmə yaradıb.

Xəbərlər “Gazeta” saytına istinadən məlumat verir ki, struktura şirkətin 200-dək əməkdaşı daxil olub. Aprelin 1-də yaradılan və "Samsung Display Co” törəmə şirkətinə daxil olan bölmə “Apple” məhsulları üçün displeylərin hazırlanması və istehsalı ilə məşğul olacaq.

Hazırda ABŞ istehsalçısı “Samsung” şirkətinə komponentlər sifariş edən nəhəng sifarişçilərdən biridir. Məsələn, “Apple” artıq Cənubi Koreya istehsalçısından "MacBook” və “iPad” modelləri üçün displeylər alır. Bundan başqa, “Samsung” ABŞ şirkəti üçün müxtəlif qurğular, o cümlədən “iPhone” smartfonları üçün prosessorlar istehsal edir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə