Samsung 10 mindən çox akkumulyatoru geri çağırdı

18-08-2017 / 17:16

Samsung şirkəti Galaxy Note 4 smartfonu üçün 10 mindən çox akkumulyatoru geri çağırıb.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, bu, akkumulyatorların alışıb yanmaq riskinin yüksək olması ilə izah edilir.

ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə Komissiyasının nümayəndələrinin sözlərinə görə, söhbət ABŞ-ın AT&T operatorunun sığorta proqramı üzrə bərpa edilmiş batareyalardan gedir. Akkumulyatorların tədarükü ilə FedEx Supply Chain şirkəti məşğul olub. Komissiya problemli qurğuların sahiblərini onlardan istifadəni dayandırmağa səsləyib.

Samsung-un nümayəndələri baş vermiş hadisədə FedEx şirkətini ittiham edir. Cənubi Koreya şirkətinin mətbuat xidmətindən bildirilib ki, akkumulyatorların bərpası proqramı Cənubi Koreya istehsalçısı tərəfindən həyata keçirilməyib, buna görə istifadəçilər bilavasitə tədarükçü şirkətə müraciət etməlidir.

FedEx  baş vermiş hadisədən təəssüf keçirdiyini və akkumulyatorları pulsuz dəyişməyə hazır olduqlarını bildiriblər. Hazırda şirkət partlayış təhlükəsi olan akkumulyatorların geri qaytarılması üçün xüsusi qablaşdırmaların tədarükü ilə məşğuldur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə