Previous Next
Bağla

Koronavirus xəstələri mobil telefonlarını söndürə bilməyəcək

12-06-2020 21:42
Koronavirus xəstələri mobil telefonlarını söndürə bilməyəcək

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.

Xeberler.az bildirir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir.

Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır.

Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.

Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

Evdə müalicə olunan koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir.

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır. 

Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. 

Evdə qalan koronavirus xəstələrindən yazılı iltizam alınacaq.

Azərbaycanda koronavirusa yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat veriləcək.

Sənədə görə, 4.5-ci (Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs riayət etməli olduğu tələblər) bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınacaq.

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəst

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları açıqlanıb

15-11-2017

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

Sertifikatların elektron qaydada verilməsinə dəyişiklik edilib

07-09-2019

“MERS” koronovirusuna yoluxanlar mobil telefonlarla izləniləcək

08-06-2015

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

24-03-2020

Radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib

29-02-2024

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin əhatə dairəsi genişləndirilib

14-04-2023

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Fərdi sahibkarlara texnikanın idxalı üçün sənədin verilməsi qaydası təsdiqlənib

20-04-2016

Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq

08-04-2020

Qadağan edilən informasiyaları yayan saytlara xəbərdarlığın məzmununa dair tələb dəyişdirilir

27-12-2021

Baş nazir texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar imzalayıb

23-10-2025

Azərbaycanda xüsusi gömrük prosedurları çərçivəsində əməliyyatların uçotu yazılı və elektron olacaq

11-04-2023

Mənzilləri ilk bron edənlərə sms-bildirişlər göndərilir

01-02-2023

Dövlətin önəmli 4 səhmdar cəmiyyətlərinin nizamnaməsi dəyişdirilib

01-04-2019

TƏBİB “ağıllı daşıma sistemi”ni tətbiq edib

04-07-2025

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

Azərbaycanda kosmik sənayenin yaradılması haqda Dövlət Proqramı rəsmən təsdiq olundu

19-08-2009

COVID-19 pasportu belə veriləcək - Dövlət Agentliyindən Açıqlama

25-05-2021

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010

Kəlbəcərdə bu hospital süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunub

21-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə