Previous Next
Bağla

TƏBİB “ağıllı daşıma sistemi”ni tətbiq edib

04-07-2025 11:50
TƏBİB “ağıllı daşıma sistemi”ni tətbiq edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 8 tibb müəssisəsində laboratoriya nümunələrinin toplanması, daşınması zamanı preanalitik və postanalitik mərhələlərdə gedişatın dəqiq və xətasız şəkildə təqib edilməsi, sürətləndirilməsi məqsədilə “ağıllı daşıma sistemi” qurulub.

Xeberler.az məlumat verir ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki tibb müəssisələri - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Nərimanov Uşaq Klinik Xəstəxanası, Yasamal Uşaq Kilinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası standartlaşma və keyfiyyət standartlarının təkmilləşdirilməsi təmin edilməklə ən müasir cihaz və proqram təminatı ilə təchiz olunub.

İlk dəfə olaraq ölkədə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında biokimya və immunassay cihazları bir-birinə inteqrasiya olunmaqla heç bir mexaniki müdaxiləsiz tam avtomat qapalı sistem qurulub. Cihaza eyni anda 300 xəstə nümunəsi yüklənə bilinir. Cihazlar çox kiçik həcmli qan nümunələrindən bir sıra testləri icra edə bilir. Bu isə öz növbəsində test nəticələrinin daha qısa müddətdə əldə edilməsinə, xəstədən alınan 1 tüp qandan eyni anda daha çox test parametrinin işlənilməsinə, mexaniki müdaxilənin minimuma endirilməsinə səbəb olur.

Laboratoriyalarda qurulan tam avtomat sistem ən son beynəlxalq standart və sertifikatlara malikdir.

Tam avtomat şəkildə qanın ümumi analizini icra etmək üçün müvafiq cihaz da Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında istifadəyə verilib. Respublika Pediatriya Mərkəzinin xəstəxanalarının bütün laboratoriyaları qan qrupu, kumbs testlərinin icrası üçün qızıl standart hesab edilən gel texnologiyasına əsaslanan aqqlütinasiya üsulu ilə işləyən cihazlarla təchiz olunub. Cihaz qan qrupunun təyinini və dəyərləndirilməsini icra edir. Bundan başqa, mərkəzin xəstəxanalarının bütün laboratoriyalarında eyni qan ümumi analiz nümunəsindən EÇS (eritrositlərin çökmə sürəti) testini icra etmək üçün də cihazlar qurulub. Bu da öz növbəsində pediatrik xəstə qrupundan çox çətin olan əlavə qan nümunəsinin alınmamasını təmin edir.

Bütün bunların hər biri işçi xətasının minimuma endirilməsinə və düzgün nəticə əldə olunmasına xidmət edir.

“Ağıllı daşıma sistemi” laboratoriyalardan mərkəzi laboratoriyaya qədər daşınan müddətdə tüplərin daşınmasının bütün mərhələlərini onlayn izləmək, qeydiyyata almaq və daşınma zamanı itirilən tüpləri aşkarlamaq imkanını təmin edir. Eyni zamanda, nümunələrin çeşidlənməsi maksimum həddə asanlaşıb.

Sözügedən cihazların və proqram təminatının TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində də qurulması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN-in dəstəyi ilə tibb müəssisələrində videokonfrans sistemi qurulubv

28-04-2020

Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

Kəlbəcərdə bu hospital süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunub

21-06-2023

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Azercell bir daha qanvermə aksiyası keçirib

27-07-2021

Azercell yeni sosial layihəyə başlayıb

02-03-2018

Azercell xeyirxah çağırışa qoşulub

13-05-2020

İki bağçaya elektron qeydiyyat başlayıb

23-02-2024

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

26-04-2024

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

TƏBİB-in fəaliyyətində innovasiya və rəqəmsallaşma əsas prioritetlərdəndir

30-10-2025

Qanver.az saytı təqdim edildi

03-05-2011

NRYTN-də “Qan verək, vursun ürək!” adlı aksiya keçirilib

11-10-2021

Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

07-11-2018

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

15-08-2024

Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq

03-08-2015

“Bakcell Stars” sms kampaniyası başa çatdı

25-11-2010

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020

“SOS Uşaq kəndləri Azərbaycan” -nın saytında online-ianə sistemi quraşdırılıb

29-07-2009

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019

Dronlar xəstəxanaya qan daşıyacaq

03-04-2017

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə