“Kuiper” internet peyklərinin ilk partiyasının buraxılışı uğursuz olub

11-04-2025 / 08:10

27 “Amazon Project Kuiper” genişzolaqlı internet peyklərini daşıyan “United Launch Alliance” şirkətinin Atlas V raket daşıyıcısının buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Xeberler.az bildirir ki, bu barədə CNBC məlumat verib. Buraxılışın Florida ştatındakı Kanaveral kosmodromunda keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, 6 il əvvəl “Amazon” Yerin aşağı orbitində - Yer səthindən 2 min kilometr məsafədə internet peyklərindən ibarət öz qruplaşmasını yaratmaq planlarını təqdim etdi. Şirkət müxtəlif ölkələrin istifadəçilərinə, biznes və dövlət qurumlarına xüsusi terminallar vasitəsilə qoşulma təklif etməklə aşağı gecikmə ilə genişzolaqlı internetə çıxış xidməti göstərmək niyyətindədir. Mövcud məlumata görə, şirkət bu ilin sonunda kommersiya xidmətləri göstərməyə başlamağı planlaşdırır.

“Amazon”, “Starlink” şəbəkəsinin operatoru olan, İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparmağa ümid edir. Hazırda “Starlink” peyk interneti bazarda lider mövqe tutur, şirkətin orbital qruplaşmasında isə 8 minə yaxın peyk var. 

“Amazon” isə ABŞ Federal Rabitə Komissiyasının müəyyən etdiyi müddətlərə sığmır. Tənzimləyici 2026-cı ilin iyul ayına qədər şirkətin planlaşdırılan peyklərin ümumi sayının ən azı yarısını, yəni 1618 apparatı orbitə çıxaracağını gözləyir. İlk buraxılışdan sonra “Amazon” kosmosa peyklərin buraxılması sürətini artırmaq niyyətindədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə