ABŞ-ın “Atlas V” raketi “Amazon” şirkətinin internet peyklərinin ilk qrupunu orbitə çıxarıb.
Xeberler.az məlumat verir ki, daşıyıcı raket ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:01-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“Kuiper” layihəsi çərçivəsində 27 peykdən ibarət partiya təxminən 18 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq təyin edilən orbitə daxil olub. Şirkətin iki sınaq peyki – “KuiperSat-1” və “KuiperSat-2” hələ 2023-cü ildə orbitə çıxarılmışdı.
“Amazon” şirkətinin qlobal internet qruplaşması 2027-2028-ci illərdə 3236 peykdən ibarət olacaq. “Kuiper” layihəsi artıq orbitdə 7200-dən çox internet peyki olan “SpaceX” kompaniyasının “Starlink” layihəsinin birbaşa rəqibidir.
“Amazon”un məlumatına görə, layihənin ümumi dəyəri 10 milyard dollardan çoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları