LG Electronics OLED televizor istehsalında dünya lideridir

19-12-2019 / 16:05

Qabaqcıl texnologiyaların inkişafı ilə bazarlarda güclü mövqe qazanan LG Electronics (LG) OLED istehsalında dünya lideridir.

Xeberler.az bildirir ki, 2013-cü ildə LG kommersiya məqsədli ilk OLED televizorlarını təqdim etdi. Şirkət o dönəmdən etibarən OLED texnologiyası ilə inteqrasiya olunmuş məhsul çeşidini artırmağa başladı. IHS tərəfindən aparılan bazar araşdırmasına görə, kütləvi istehsalın yalnız 6 ili ərzində 4 milyondan çox LG OLED televizoru satılıb. Şirkət bu il OLED TV satışlarını ümumi televizor satışlarının 25%-ə qədər artırmağı planlaşdırır. Son panel istehsalının 2021-ci ilə qədər 3 dəfə artaraq 10 milyon ədədə çatacağı bildirilir. Bu qeyri-adi bazar artımı dünya üzrə OLED texnologiyasını qəbul edən 15 şirkətin fəaliyyətində əks olunur və televizor texnologiyasının gələcəyi kimi OLED-ə əsaslı bir inamın olduğunu göstərir.

LG Dolby ilə əməkdaşlıq edərək Vision HDR-ı OLED televizorlarında tətbiq edən və Dolby Atmos səs imkanlarını öz flaqman dəstinə inteqrasiya edən ilk televiziya istehsalçısı oldu. Artıq istehlakçılar rəng, aydınlıq və kontrast dərinliyini təmin edən inqilabi Dolby texnologiyası ilə evdə əsl kino keyfini yaşaya bilərlər.

LG-nin OLED televizorlarını şirkətin qabaqcıl səs sistemləri ilə birlikdə istifadə etmək olar. Bu soundbarlar səsin otaqda və tamaşaçıların ətrafında inanılmaz reallıqla yayılmasını təmin edən Dolby Audio sisteminə malikdir. Dünyanın bir çox aparıcı mobil telefon, planşet və ağıllı saat istehsalçıları da OLED texnologiyasından rəqabət yarışında öndə olmaq və istehlakçıları daha cazibədar və parlaq ekran imkanları ilə təmin etmək üçün istifadə edirlər.

OLED artan əməliyyat səmərəliliyi ilə yanaşı, daha dəqiq, təbiətdəki rəngli görüntünü təmin etmək potensialına görə elektronika sənayesində hökmranlıq etməyə davam edir. LCD ekranlar panel quruluşuna görə həqiqi qara rəngin verilməsində məhdudiyyətləri olan LED arxa işıqlandırma tələb edir. Müqayisə üçün deyək ki, OLED texnologiyası heç bir əlavə vasitə olmadan təbii qara rəngi əldə etməyə qadirdir. Bu, işığı daha dəqiq və daha real rəng əldə etməyə imkan verən piksel səviyyəsində idarə etməklə həyata keçirilir.

LG daima istehlakçılara ən yaxşısını verməyə can atır və televizor kateqoriyasında liderliyini təmin edən texnologiyalara investisiya qoymağa davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə