Qəzet kimi bükülən displey nümayiş etdiriləcək

05-01-2016 / 11:39

2014-cü ildə LG şirkətinin nümayəndəsi bildirmişdi ki, qəzet kimi bükülən 18 düymlük OLED displey yaradıb.

Xeberler.az RYTN-nin saytına istinadən məlumat verir, artıq sözügedən şirkət ultra nazik displeyini CES beynəlxalq istehlak sərgisində ictimaiyyətə nümayiş etdirməyə hazırdır.

Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim etməyi planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü 1200x810 piksel təşkil edən dairəvi OLED displeyin nümayiş etdiriləcəyi də gözlənilir. Belə displeylər futuristik (müasir-mütərəqqi) qurğuların hazırlanmasını mümkün edəcək.
 
Bundan başqa, LG şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük OLED displeyini təqdim etməyi planlaşdırır. Həmçinin displeyin hər iki tərəfindən tamamilə fərqli təsvirlərin göstərilməsinə imkan verən yeni  displey də  nümayiş etdirilməlidir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə