Sony korporasiyası yeni məhsullar təqdim etdi
Sony korporasiyası televizor istehsalının genişlənməsi haqda elan verdi. Ən nazik maye kristallı panelə malik məhsul və Avropada ilk dəfə istifadə olunan OLED TV-ni təqdim etdi.
Ilk model - HD-televizor BRAVIA ZX1 özündə yüksək funksionallıq və cəlbedici görkəm əks etdirir. Onun qalınlığı cəmi 9,9 mm, dioqonal uzunluğu isə 40 sm-dir. Bu texnologiya siqnal naqilləri istifadə etmədən işləyə bilir. Başqa qurğulardan məsələn, Blu-ray və ya PLAYSTATION 3 kimi pleyerlərdən gələn kabellər, simsiz texnologiya olan televizorla yalnız Media Receiver bölücüsü vasitəsilə birləşir. Media Receiver həmçinin, DVB-T və DVB-C3 siqnallarının qəbulunu təmin edir, MPEG4 AVC-HD və TV-tünerə də malikdir.
Ikinci model - XEL-1 isə, Avropa bazarında ilk OLED qurğusudur. Modeldə yüksək keyfiyyət və şəkilə əlvanlıq verən OLED şirkətinin bütün üstünlükləri istifadə olunur. Displeyerin qalınlığı 3 mm, kontrast səviyyəsi 1000000:1-dir ki, bu da təsvirin dəqiqliyinə təsir edir.