“LVMH Moet Hennessy Louis Vuitton SA”nın Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.
Xeberler.az bildirir ki, bu barədə şirkət müştərilərinə məlumat verib.
Qeyd olunur ki, “Louis Vuitton UK” sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.
“Məlumatlarınızın sizin zərərinizə istifadə edildiyinə dair heç bir sübut olmasa da, sizi mümkün fişinq, fırıldaqçılıq və ya məlumatınızdan icazəsiz istifadə cəhdləri barədə xəbərdar edirik”, - məlumatda bildirilir.
Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.
“Bloomberg” qeyd edir ki, bu, artıq son aylarda LVMH-yə üçüncü haker hücumudur. Məsələn, onun “Louis Vuitton Korea” bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.
May ayında LVMH-ə məxsus “Christian Dior Couture” brendi də kiberhücum barədə məlumat vermişdi.
Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt sterlinq dəyərində qiymətləndirmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları