“Apple” istifadəçilərini haker hücumları barədə xəbərdar edəcək

26-11-2021 / 11:05

“Apple” şirkəti istifadəçilərini hökumətlər tərəfindən maliyyələşdirilən haker hücumları barədə xəbərdar etmək niyyətindədir.

Xeberler.az bildirir ki, bu barədə şirkət açıqlama yayıb.

Məlumata görə, istifadəçilərin az hissəsi kimliyi və məşğuliyyəti üzündən hakerlər tərəfindən kiberhücumlara məruz qalır.

Hakerlərə “ipucu” verməmək üçün istifadəçilərin izlənməsinə dair məhz hansı əlamətlərin əsas götürüləcəyi açıqlanmayıb.

Bundan əvvəl “Apple” Tailand müxalifətçilərinin bir neçəsinə, El Salvadorda tənqidçi jurnalistlərə, Uqandanın bəzi siyasətçilərinə bu cür xəbərdarlıqlar göndərib.

Noyabrın 23-də “Apple” İsrailin “NSO Group” şirkətini istifadəçilərini izlədikləri üçün məhkəməyə verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə