Previous Next
Bağla

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026 13:04
Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Azərbaycan Respublikasında dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (https://rdmis.gov.az/ RDMİS) tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib.

Xeberler.az məlumat verir ki, bu gün, aprelin 10-dan etibarən mərhələli şəkildə büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Yeni sistem dövlət satınalmalarında müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal transformasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tətbiq olunan idarəetmə yanaşması müqavilə, uçot və ödəniş zəncirinin RDMİS-in vahid mərkəzləşdirilmiş elektron mühitində idarə edilməsini təmin edir. Bu isə müqavilə öhdəliklərinin sistemli uçotunun aparılmasına, eləcə də dövlət vəsaitlərinin hərəkətinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan verir.

Eyni zamanda, adıçəkilən informasiya sistemində toplanan məlumatlar əsasında gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur ki, bu da risklərin əvvəlcədən müəyyən edilməsinə əlavə imkanlar yaradacaqdır.

Sistemin tətbiqi, həmçinin kağız sənəd dövriyyəsinin azalmasına, əməliyyatların operativliyinin artmasına və insan amilindən irəli gələn risklərin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma dövlət xəzinədarlığı tərəfindən həyata keçirilən ödənişlərin daha dəqiq və əsaslandırılmış şəkildə icrasının təmin edilməsi ilə yanaşı, həm büdcə təşkilatları, həm də təchizatçılar üçün praktiki üstünlüklər yaradır.

Belə ki, büdcə təşkilatları üçün müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin vahid elektron mühitdə həyata keçirilməsi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan verir, vaxt itkilərini və inzibati yükü azaldır. Təchizatçılar isə müqavilələrin elektron qaydada operativ imzalanması, statusunun real vaxt rejimində izlənilməsi və ödəniş prosesləri ilə bağlı məlumatlara birbaşa çıxış əldə etməklə proseslərdə daha aktiv və məlumatlı iştirak imkanı qazanırlar.

Sözügedən sistem istifadəyə verilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşları üçün “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları ilə bağlı praktik təlimlər keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hazırlanan “e-müqavilə” sistemi dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq

03-09-2021

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

27-02-2026

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025

“Sosial işin idarə edilməsi” altsistemi yaradılır

12-03-2025

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025

Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

29-07-2025

Azərbaycanda Elektron Büdcə sistemi yaradıla bilər

31-05-2018

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

“My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib

06-01-2026

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə