“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənilməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı onlayn tədbir təşkil olunub.
Nazirlikdən Xeberler.az-a bildirilib ki, tədbirdə çıxış edən İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov Azərbaycanda maşın öyrənilməsi sahəsi üzrə mütəxəssislərin sayının artırılması üçün vebinarların təşkili və maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Estoniyanın “Mooncascade” şirkətində maşın öyrənilməsi mühəndisi vəzifəsində çalışan Günay Abdullayeva müvafiq sektorda təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.
Vebinarda iştirak üçün 400-dən çox insan qeydiyyatdan keçib. Tədbirdə 750-dək izləyici iştirak edib, 50-dək iştirakçının müvafiq istiqamətdə sualları cavablandırılıb.
Vebinarda maşın öyrənilməsi proyektlərinə ümumilikdə necə yanaşılmalı, modelin öyrədilməsi və test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin versiyalanmasının əhəmiyyəti kimi maraqlı istiqamətlər müzakirə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri