Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə həsr edilən “Tətbiqi Elm Həftəsi”nin açılışı olub.
Xeberler.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, təbirdə “Tətbiqi Elm Həftəsi”nin rəssam Adil Əsədli tərəfindən hazırlanmış emblemi, həftənin məqsədi və Lütfi Zadə Texnologiya Mərkəzinin təsis olunması haqqında məlumat verilib.
Bildirilib ki, fevralın 4-də Lütfi Zadə Texnologiya Mərkəzinin rəsmi açılışı olacaq. Mərkəzin fəaliyyəti inkubasiya və akselerasiya proqramlarının təşviqi, kovörkinq xidmətlərinin göstərilməsi, startaplar üçün təlim proqramlarının keçirilməsi, yerli və xarici investorları cəlb etmək üçün məlumat mübadiləsinin aparılması və innovasiya ekosisteminin üzvləri üçün ortaq platformanın yaradılmasına yönəlib.
Qeyd olunub ki, həftə çərçivəsində “Elmin tətbiqini necə sürətləndirmək?” və “Ekosistemi necə inkişaf etdirmək?” kimi mövzularda canlı və onlayn formatda müzakirələr aparılacaq.
Daha sonra tədbir "Lütfi Zadə irsi və Azərbaycan mütərəqqi fikri" adlı rəsm sərgisi ilə davam edib. Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvü Adil Əsədlinin rəsmləri əsasında təşkil olunub.
Lütfi Zadə Texnologiya Mərkəzinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Paşa Bank” və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilən “Tətbiqi Elm Həftəsi” fevralın 5-dək davam edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri