Previous Next
Bağla

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024 09:41
"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

"Mastercard" "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.

Xeberler.az məlumat verir ki, hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.

Final günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, eləcə də "Kapital Bank" və "PAŞA Bank" ASC-lər, "Mastercard" və "Sabah Hub"ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.

Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:
•1-ci yer – CARBONEMIT
• 2-ci yer – BESO
• 3-cü yer – FARADAI

Birinci yerə çıxan CARBONEMIT startapı ABB-dən inkişafını genişləndirmək üçün 10 000 ABŞ dolları və "Mastercard Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə Mastercard üstünlükləri ilə mükafatlandırılacaqlar.

Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.

Mastercard dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

01-11-2024

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub

14-07-2025

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024

“Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi” keçirilir

24-06-2025

Mastercard Azərbaycan banklarını mükafatlandırıb-Foto

26-05-2017

Bakıda “Fintex Forumu 2025” keçirilir

09-10-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

Bakıda “Fintex Sammit 2025” keçiriləcək

17-06-2025

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

16-11-2024

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

29-04-2025

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

27-04-2026

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

15-11-2025

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

ABB-dən dayanıqlı gələcək üçün mühüm layihəyə dəstək

26-08-2024

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

22-01-2020

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

“İlin bankı” ABB olub

04-12-2025

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə