Media Consulting Services media monitorinq qrupu məlumatların hesabatına yekun vurub

13-02-2019 / 13:22

MC&S-in media monitorinq qrupu 01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az  bildirir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə
Azercell 1579
Nar mobile 1275
Bakcell 877

Bank sektoru
ABB 1548
Kapital Bank 736
Bank Respublika 428
Unibank 310
Paşa Bank 305

Sığorta sektoru
Atəşgah 176
Standard 157
PAŞA 127
Azərsıgorta 119
AXA MBASK 105

PRA
General Partner

Ali məktəblər
BDU 1753
UNEC 1398
ADU 913
BANM 656
ADPU 531

Hotel
Landmark 132
Hilton 86
Hyatt Regency 80
JW Marriott Absheron 58
Four Seasons 54

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:
https://www.facebook.com/MediaConsultingServices/ 

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə