Media Consulting and Services məlumatların hesabatına yekun vurub

09-04-2019 / 11:24

Media Consulting and Services media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az  bildirir ki, Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə
Azercell 1728
Bakcell 1217
Nar mobile 1090

Bank sektoru
ABB 1193
Kapital Bank 796
Paşa Bank 553
Accessbank 534
Bank Respublika 496

Sığorta sektoru

PAŞA 169
AXA MBASK 104
Azsıgorta 101
PAŞA Həyat 74
Bakı 68

Ali məktəblər
BDU 2111
ADU 1069
BANM 958
UNEC 902
ADA 798

Hotel
Landmark 218
Hilton 168
JW Marriott Absheron 120
Hyatt Regency 45
Excelsior 40

Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook , twitter və web səhifələrində də yerləşdirilib Əlavə etmək istərdik ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər [email protected]  ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.   

Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir.Fəaliyyətinin sas istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə