Media Consulting and Services hesabatına yekun vurub

15-03-2019 / 10:17

Media Consulting and Services media monitorinq qrupu 01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Xeberler.az  bildirir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim
edirik.

Mobil rabitə

Azercell 1598
Nar mobile 1297
Bakcell 689

Bank sektoru
ABB 2002
Kapital Bank 943
Paşa Bank 743
Accessbank 520
Bank Respublika 508

Sığorta sektoru
Azsıgorta 230
Atəşgah 159
Atəşgah həyat 80
PAŞA 77

AXA MBASK 65

Ali məktəblər

BDU 3591
UNEC 1424
ADU 1114
ATU 860
BANM 700

Hotel
Excelsior 145
Landmark 131
Ambassador 111
JW Marriott Absheron 61
Hilton 55

Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook , twitter və web səhifələrində də yerləşdirilib. Əlavə etmək istərdik ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər [email protected]  ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə