“Media FM” radiosunun yeni verilişlərinin təqdimatı keçirilib

21-02-2009 / 15:00


 Bu gün fevralın 10-dan yayıma başlayan “Media FM” radiostansiyanın yeni verilişlərinin təqdimatı keçirilib. APA-dan verilən məlumata görə, təqdimat mərasimində çıxış edən “Media FM”-in icraçı direktoru Tural Əliyev bildirib ki, yayımın ilk mərhələsində efirə “Bizlikdir”, “Sosial” verilişləri, “Açıq səsvermə” siyasi tok-şousu, gənclər üçün “Atti-Mattii” radio şousu, “Böyük-böyük” adlı uşaq verilişi efirə çıxacaq.

İcraçı direktor deyib ki, radiostansiya səhər saat 10.00-dan axşam saat 18.00-ə qədər 9 xəbər bloku yayımlayır. T. Əliyevin sözlərinə görə, “Media FM”-in qısa müddətli planlarında efirə yeni aparıcılar cəlb etmək, o cümlədən verilişlərin sayını artırmaq daxildir.

İcraçı direktor radiostansiyanın dinləyiciləri üçün jurnal buraxılacağını, yayımın əhatə dairəsinin genişlənəcəyini, “Media FM”-in 5 saytının fəaliyyətə başlayacağını deyib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.