Previous Next
Bağla

Media mütəxəssisi Zeynal Məmmədli Azərbaycan Teleməkanı haqqında danışdı

29-01-2009 13:44
     Media mütəxəssisi Zeynal Məmmədli Azərbaycan Teleməkanı haqqında danışdı

 

  Media mütəxəssisi Zeynal Məmmədli millət vəkillərini nətisəsiz işdə günahlandırdı.Bu haqda \"Üç nöqtə\" qəzetinə məumat verən ekspert bildirib ki:  \"Millət vəkillərinin ictimaiyyətin diqqətini və rəyini bu məsələyə cəlb etmələrini alqışlayıram. Amma eyni zamanda onlar nəticə ilə oynayırlar. Nəticənin müzakirəsi heç nə verməyəcək. Səbəblərdən danışmaq lazımdır. Onlar ilk növbədə dövlətdən maliyyələşən kanalların proqramlarını araşdırmalı, komissiya yaratmalıdırlar.

  Qanuna nə dərəcədə əməl olunur. Məsələn, yazılır ki, xəbər plüralist olmalıdır. Bu telekanallarda olan xəbərlər plüralistdirmi? Bunlar dünyadakı ən qabaqcıl mədəniyyəti xəbərləməlidirlər, ən qabaqcıl mədəni əsərlərdən xəbər verməlidirlər. Dünya nəyi yaşayır, onu xəbərləməlidirlər. Azərbaycanın dövlətdən maliyyələşən kanalları olan AzTV və İTV bunu edirmi? Millət vəkillərinin birbaşa fəaliyyətinə qarışma imkanı məhz dövlətdən maliyyələşən kanallardır. Sən demə, onların bütün narazılıqları özəl televiziyalarda milli-mənəvi dəyərlərlə bağlı, nə bilim ictimai əxlaqla bağlı xoşagəlməyən örnəklərdir. Mən bunu qeyri-səmimilik sayıram. Çünki Azərbaycanda bütün ölkəni əhatə edən AzTV-ni və İTV-ni bir yanda qoyub, məhz özəl telekanalların üstünə düşmək 2 məqamdan xəbər verir. Ya bu adamların zövqü aşağıdır, ya da bilirlər ki, həmin TV-lərə müdaxilə qeyri-mümkündür. Və onlar siyasi iradəsizlik göstərib, dolayısı ilə \"qızım, sənə deyirəm, gəlinim sən eşit\" siyasətinə başlayıblar.

  Bütün bunları istənilən halda millət vəkillərinin ictimai rəyi bir az çaşdırması kimi qiymətləndirirəm. Məsələlərin mahiyyəti birbaşa deyilməlidir. Azərbaycan televiziyaları bütövlükdə hansı səbəblərdənsə çox geridir. Yəni Qafqaz məkanında da ən geri telekanal bunlardır. Ümumi dünyaya baxdıqda da Azərbaycan televiziyalarının istehsal etdiyi məhsul peşəkar, etik dəyərlər baxımından geridə qalıb. Özəlliklə də Azərbaycanda istehsal edilən tele-xəbər proqramlarıdır. Tele-xəbər proqramlarının harada efirə getməsindən asılı olmayaraq, istər özəl, istər dövlət kanallarında maliyyələşən kanallar etika ilə yanaşı, qanunla da tənzimlənir.

   Azərbaycan seyrçisinin əxlaqını pozan, Azərbaycan seyrçisini nimdaş göstərən təkcə əyləncə proqramlarıdırmı? Əgər debat, informasiya proqramlarını, sənədli filmləri yetərincə peşəkar etsələr, insanlar bununla maraqlanacaqlar. Artıq proqramı doldurmaq üçün ucuz, bayağı əyləncə proqramlarına yer qalmayacaq. Ucuz, əyləncə proqramları təkcə o məqsədlə verilmir ki, telekanallar bundan pul götürsün. Bu ondan irəli gəlir ki, başqa verilişlərlə pul qazanma imkanları yoxdur. Bu məsələlərin kökünə baxmaq lazımdır\".

 

xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Millət Vəkillərinə notebook qadağan olunur..

Millət Vəkillərinə notebook qadağan olunur..

06-07-2008
Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

24-10-2010
Millət vəkili “Azərcell”i məhkəməyə verir

Millət vəkili “Azərcell”i məhkəməyə verir

02-03-2011
Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009
Qətliam günü yaranan informasiya blokadası

Qətliam günü yaranan informasiya blokadası

01-05-2009
“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

“AzTV-yə ayrılan vəsait İTV-yə verilsin”

11-11-2009
Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019
“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

23-05-2009
MTRŞ sədri telekanalları tənqid etdi

MTRŞ sədri telekanalları tənqid etdi

11-02-2011
Nuşirəvan Məhərrəmli “Azadlıq”  radiosu haqda nə dedi?

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010
AzTV və İTV birləşir? – Ekspert rəyi

AzTV və İTV birləşir? – Ekspert rəyi

24-01-2019
Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009
Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

05-10-2009
MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

16-11-2009
Tia.az xəbər saytı fəaliyyətə başladı

Tia.az xəbər saytı fəaliyyətə başladı

06-10-2009
Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

Ekspert: İTV haqqında qanunvericiliyin tələbləri pozulmaqda davam edir

13-02-2019
“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

05-06-2014
ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

20-06-2009
Ələsgər Məmmədli: “Teleradio Şurası dərhal “Lider” televiziyasının lisenziyasını ləğv etməlidir”.

Ələsgər Məmmədli: “Teleradio Şurası dərhal “Lider” televiziyasının lisenziyasını ləğv etməlidir”.

26-10-2010
Erməni dilində xəbərlər yayımlayacaq telekanala Azərbaycanda ehtiyac varmı?

Erməni dilində xəbərlər yayımlayacaq telekanala Azərbaycanda ehtiyac varmı?

07-09-2009
MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

MTRŞ sədri telekanallarda əyləncəli verlişlərin çoxluğundan narahatlığını dilə gətirib

16-09-2009
ABŞ məmurları «Twitter»çidirlər

ABŞ məmurları «Twitter»çidirlər

11-06-2010
«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

22-04-2010
Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

Əflatun Amaşov internet mediaya dövlətdən dəstək istədi

23-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə