Previous Next
Bağla

Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

05-10-2009 10:32
Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

«Ramiz Mehdiyevin məqaləsi cəmiyyət üçün sərt mesajdır. Dövlətdə çox yüksək rütbəyə malik bir adamın bu mövzuda məqaləni şərh etməsi cəmiyyət üçün mesajdan başqa bir şey ola bilməz. Bu, normaldır. Gecikmiş olsa belə, mən bu fikri pozitiv qarşılayıram. Çünki bu məqalə cəmiyyətdə polemikalar doğura və diskussiyalar aça bilər”. Bu sözləri ANS PRESS-ə media eksperti, Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli deyib. Onun sözlərinə görə, məqalədə səbəblərdən deyil, nəticələrdən danışılır: «Prezident Administrasiyası rəhbərinin məqaləsində televiziyaya baxan adi Azərbaycan vətəndaşının qənaətləri təkrarlanır. Amma «televiziyalar niyə bu gündədir?» sualına cavab verilmir. Cəmiyyətdə hansısa sahədə inhisar varsa, deməli kimlərinsə azadlıqlarının məhdudlaşdırılmasından söhbət gedir. Azadlığın məhdudlaşdırılması, inhisar söhbəti varsa, onda cəmiyyətdə peşəkar dəyərlər aparıcı olmur. Əgər məqalə o fikirlə yazılıbsa ki, biz səbəbləri üzə çıxaraq, onda mən bunu yüksək qiymətləndirirəm”.

Z.Məmmədli qeyd edib ki, bu məqalə cəmiyyətdə diskussiyalar yaradacaqsa, cəmiyyətin müzakirə predmeti olacaqsa, hökumət özü də ilk növbədə bu məsələdə maraqlı olmalıdır.

Ekspertin fikrincə, Ramiz Mehdiyev bir növ “dayan” əmrində olan, gözləmə mövqeyi tutan televiziyaların qarşısındakı qırmızı işığı sarı işıqla əvəz edib: “Amma yaşıl işıq hələ görünmür. Sarı işıq da özü-özlüyündə yaxşı işarədir - götürmək, düşünmək, səbəbləri axtarmaq, çıxış yolları aramaq deməkdir. Görək televiziya menecerlərinin bununla bağlı mülahizələri cəmiyyətə yetiriləcəkmi? Yetirilməyəcəksə, bu məqaləni zəruri edən başqa fikirlər ağla gələcək».

Z.Məmmədli bildirib ki, Azərbaycan televiziyalarına baxanların sayı günü-gündən azalır: «Məqalədə adıçəkilən reytinqölçən qurumların məlumatları da bunu təsdiqləyir. 100 adamdan 17-si TV-yə baxırsa, bu, əvvəlki göstəricilərin nə qədər endiyini göstərir. Bu göstərici dövlət adamı üçün nə deməkdir? İstənilən hökumət özünün müsbət obrazının yaradılmasında maraqlıdır. Deməli, hökumətin müsbət obrazının qeyri-peşəkar səviyyədə yaradılması onları narahat etməyə başlayıb».

Ekspertin fikrincə, məqalədə şou-proqramlar və buna üstünlük verən televiziyalar hədəf götürülüb: «Amma səbəb nədir? Vaxtilə diskussiya proqramlarına, canlı proqramlara görə reytinq qazanan televiziyalar - ANS, “Space” birdən-birə o mövzulardan niyə çəkindilər? Deməli, ehtimal etmək olar ki, inzibati yaxud siyasi məhdudiyyət var. Bu ehtimala min cür əsas gətirmək olar”.

Z.Məmmədli xarici təcrübədən misal gətirərək deyib ki, keçid dövrü yaşayan yaxud mətbuat azadlığından təzə-təzə istifadə edilən ölkələrdə siyasi aktuallığı olan mövzulardan qaçırlar: “Bu mövzular onların içində problemlər yaradır, müdaxilələr olur. Menecerlər öz başlarını ağrıtmamaq üçün əlavə problemlər yaranmasın deyə aktual mövzulardan qaçır. Ən yaxşısı isə heç kəsin xətrinə dəyməmək, heç bir dövlət məmurunu tənqid etməmək, heç bir oliqarxa toxunmamaqdır».

Z.Məmmədli hesab edir ki, bu halda seyrçi toplamaqda televiziyaların problemləri yaranır: “Əlbəttə ki, ucuz, bu kimi şou-proqramlar hazırlamaq vəziyyətdən çıxış yolu olur. Bazar da elə böyük deyil ki, heç olmasa keyfiyyətli şou verilişlər hazırlansın”.

Çıxış yolunu Z.Məmmədli elektron və televiziya tezliklərinə qoyulan dövlət nəzarətinin götürülməsində görür. Onun sözlərinə görə, hakim dairələr özləri şəffaflığı təmin etməkdə və televiziyaların proqramlarına müdaxilə etməməkdə maraqlı olmalıdır: “Mətbuat azadlığı genişlənməlidir, medianın infrakstrukturu azad olmalıdır. Həmçinin mediaya xarici maliyyə cəlb olunmalıdır. Bu, mətbuatımızda və mediamızda olan monopoliyanı və korrupsiya faktorunu tam olaraq aradan qaldırar”.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin dünənki sayında məqaləsi dərc olunub. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində o, ölkə telekanallarının fəaliyyətini tənqid edib. Bu isə cəmiyyətdə diskussiyalara səbəb olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kino İttifaqı Ramiz Mehdiyevin məqaləsini müzakirə edib

Kino İttifaqı Ramiz Mehdiyevin məqaləsini müzakirə edib

09-10-2009
ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

ATV şou proqramlarının hamısını mükəmmələşdirəcək

03-10-2009
Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

Milli Teleradio Şurası telekanalların monitorinqini gücləndirib

23-10-2009
“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009
MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

MTRŞ Ramiz Mehdiyevin məqaləsini müzakirə etdi

07-10-2009
ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

ATV iki verilişin yayımını və SMS onlayn xidmətini dayandırıb

05-10-2009
Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

Teleradio Şurası telekanallara təsir imkanlarının artırılması təklifləri ilə çıxış edib

03-10-2009
Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13-10-2009
“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

08-10-2009
ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

ANS-MTRŞ qarşıdurması ekspertlərin şərhi ilə

20-06-2009
“Elektron hökumət"in həlli niyə gecikir?

“Elektron hökumət"in həlli niyə gecikir?

17-12-2008
Gələcəkdə internet media dövlət tərəfindən dəstəklənə bilər

Gələcəkdə internet media dövlət tərəfindən dəstəklənə bilər

17-07-2012
Milli Teleradio şurasının səlahiyyətləri artırılarsa nə ola bilər?

Milli Teleradio şurasının səlahiyyətləri artırılarsa nə ola bilər?

09-10-2009
Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

Zeynal Məmmədli: “AZTV-nin üçüncü kanal açması qanunsuzdur”

24-10-2010
MTRŞ yayımlanan kanalların keyfiyyətinin artırılmasına dair təkliflər təqdim edəcək

MTRŞ yayımlanan kanalların keyfiyyətinin artırılmasına dair təkliflər təqdim edəcək

08-10-2009
Əhali yerli televiziyaların fəaliyyəti haqda nə düşünür?

Əhali yerli televiziyaların fəaliyyəti haqda nə düşünür?

19-11-2009
“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008
‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

13-03-2013
Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

Osman Gündüz: «sosial media hansısa inqilabda katalizator ola bilər, amma əsas ola bilməz»

13-03-2013
     Media mütəxəssisi Zeynal Məmmədli Azərbaycan Teleməkanı haqqında danışdı

Media mütəxəssisi Zeynal Məmmədli Azərbaycan Teleməkanı haqqında danışdı

29-01-2009
«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19-01-2012
«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013
MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

MTRŞ-nin telekanalları cəzalandırması mümkündürmü?

16-11-2009
“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

“Yerli telekanalların xəbər redaksiyaları ekstremal situasiyalara hazır deyil!”

23-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə