Previous Next
Bağla

MEK-in əməkdaşları tərəfindən Vikipediyada tarixi mövzuda yeni məqalələrlə zənginləşdirilir

07-10-2020 16:19
MEK-in əməkdaşları tərəfindən Vikipediyada tarixi mövzuda yeni məqalələrlə zənginləşdirilir

İşğalçı Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 27 sentyabr 2020-ci il səhər saat 6 radələrində Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatının başlaması barədə qərar verilib. Dövlətimiz ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan və muzdlu terrorçulardan təmizlənməsi uğrunda mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı müvafiq Fərman ilə ölkədə 28 sentyabrdan hərbi vəziyyət rejimi qüvvəyə minib. İgid zabitlərimizin, əsgərlərimizin, qəhrəman oğullarımızın cəbhə boyunca qazandığı uğurlar hər birimizi sevindirir. Statusundan, kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq hamımız Ali Baş Komandanımızın, ordumuzun yanındayıq və qələbəni yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq. Bildiyimiz kimi, ictimai rəyin formalaşmasına, dövlətin imicinə medianın böyük təsiri var. Son zamanlar Ermənistanla həm də informasiya müharibəsi fonunda bu məsələ xüsusilə aktualdır. Erməni yalanının qarşısını almaq, həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün imkanları səfərbər etmək lazımdır. Bu baxımdan ictimai fəalların fikirləri, gördüyü işlər çox əhəmiyyətlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) etibarlı informasiya istehsalçısına çevrilməsi, Azərbaycan haqqında obyektiv, operativ, xalqımızın milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında dəyərli və dolğun informasiyanın yaradılması, saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu məlumatların "Vikipediya" ensiklopediyasına daxil edilməsi, etibarlı istinad yeri olan informasiya kontentlərinin yaradılması, qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, milli maraqlarının qorunması MEK-in Sərbəst Elektron Resursları (SER) şöbəsinin əsas məqsədlərindən biridir. Şöbənin müdiri Reyhan Əhmədovanın verdiyi məlumata əsasən, müxtəlif mövzularda işçilər tərəfindən ay ərzində 200-dən artıq məqalə hazırlanaraq, virtual ensiklopediyaya yerləşdirilir. Son bir ay ərzində Vikipediyada sektor müdiri Rəcəb Həsənbəyov 31, sektor müdiri Qulamhüseyn Məmmədov 30, Rövşən Məmmədli 17, Nuray Tanrıverdiyeva 198, Gülarə Səbzəliyeva 5, Səbinə Abizadə 14, Xəyalə Məmmədova 24 məqalə yaradıb. Məqalələrdən bir neçəsini seçərək bu gün üçün daha aktual olanları nəzərinizə çatdırmaq istərdik:

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı haqqında Xankəndi talanları və ya Xankəndi poqromları https://az.wikipedia.org/wiki/Xank%C9%99ndi_talanlar%C4%B1

Horadiz - Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kəndi https://az.wikipedia.org/wiki/Horadiz_%28k%C9%99nd%29

Başlıbel faciəsi və ya Başlıbel qırğını — Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğın https://az.wikipedia.org/wiki/Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99si

Abxaziyada müharibə (1992-1993) https://az.wikipedia.org/wiki/Abxaziyada_m%C3%BCharib%C9%99_%281992-1993%29
İngilisdilli vikipediyada Əliyar Əliyev, Səfiyar Behbudov, Şikar Şikarov, Raquf Orucov, Fərid Əhmədov, Ruslan Muradov və digər azərbaycanlı qəhrəmanlar haqqında məqalələr yaradılaraq yerləşdirilib. Ukrayna, ispan, çex və gürcü dillərində olan "Vikipediya”larda Təbriz Xəlilbəyli, Şövqiyar Abdullayev, Nofəl Quliyev, Valeh Müslümov və Məhərrəm Seyidov kimi milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Onu da qeyd edək ki, kitabxananın SER şöbəsinin işçiləri məqalə yaratmaqla yanaşı, online formada AMEA-nın institutları, dövlət qurumları və müxtəlif orqanların işçiləri üçün təlimlərin keçirilməsini də davam etdirirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

10-12-2008
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
​8 noyabr - Zəfər Günüdür

​8 noyabr - Zəfər Günüdür

08-11-2025
Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

28-10-2022
 Azercell prezidenti mükafatlandırıldı

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib

04-07-2022
“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013
Qarabağ həqiqətləri milli saytlarımızda

Qarabağ həqiqətləri milli saytlarımızda

24-04-2015
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

27-09-2024
27 Sentyabr - Azərbaycanda Anım Günüdür

27 Sentyabr - Azərbaycanda Anım Günüdür

27-09-2025
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019
Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür

26-02-2026
AMEA-da Vikipediya təlimləri başlayıb

AMEA-da Vikipediya təlimləri başlayıb

17-02-2016
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
Azadlıq meydanında hərbi parad keçirilib

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018
Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

23-02-2011
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

26-06-2025
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür

26-06-2023
Vikipediya-da Azərbaycan həftəsi başlayıb

Vikipediya-da Azərbaycan həftəsi başlayıb

26-04-2016
Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

Azərkosmos: Suqovuşan Ermənistanın ekoloji terror fəaliyyətinə məruz qalıb

08-10-2020
Vikipediya-nın 15 yaşı tamam olur

Vikipediya-nın 15 yaşı tamam olur

15-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə