Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) bütün dünyada hər fevral ayının ilk çərşənbə axşamı qeyd olunan Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş dəyirmi masa keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda bir sıra QHT nümayəndələri, dövlət orqanları, İT-şirkətlər, eləcə də ekspertlər internetdə uşaqların təhlükəsizliyi və onların təhlükəli kontentdən qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu günün tarixi barədə iştirakçılara məlumat verərək qeyd edib ki, 2011-ci ilin mövzusu “Bu adi bir oyundan daha ciddidir, bu sənin həyatındır” şüarı ilə cəmləşdirilən “bizim virtual həyatlarımız” anlamıdır. Nazir müavini Qlobal Şəbəkənin şübhəsiz üstünlükləri ilə yanaşı müəyyən fəsadlar doğurduğunu da bildirib.
Onun sözlərinə görə, bu xüsusən, uşaqların internetdən istifadəsi zamanı özünü büruzə verir: “Təəssüf ki, uşaqlar və yeniyetmələr əksər hallarda onların real həyatlarına zərər gətirə biləcək internet mühitin neqativ təsirinin təhlükəsini sonadək anlamır. O əlavə edib ki, hazırda bütün dünya ictimaiyyəti uşaqların təhlükəli kontentdən qorunması problemi haqqında düşünür və bu problemin həlli üçün kompleks yanaşma lazımdır: “Bu səpkidə bir neçə istiqamət üzrə işləmək vacibdir: uşaqlar və böyüklər arasında mövcud risklər haqqında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, müvafiq hüquqi bazanın yaradılması, faydalı kontent həcminin artırılması, və ən vacibi uşaqların nəzarətsiz internetdən istifadə edilməsinin qarşısını almaq üçün hamılıqla səylərin göstərilməsi vacibdir”.
Tədbir iştirakçıları son illər ərzində insanın real və virtual həyatları arasındakı qarşılıqlı əlaqənin daha da yaxınlaşdığını vurğulayaraq bunun əsasən gənc nəslin nümayəndələrində daha aydın təzahür edildiyini qeyd ediblər. Bütün dünyada belə bir tendensiya müşahidə olunur ki, yeniyetmələr və uşaqlar vaxtlarının müəyyən hissəsini kompüter arxasında internetdə keçirir. Bu da müəyyən fayda ilə yanaşı çox vaxt zərərli kontent, fərdi məlumatların qanunsuz istifadəsi, şəxsi həyatın toxunulmazlığı kimi bir sıra problemlərlə nəticələnir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi ölkə məktəblərini internetlə təmin edən Azərbaycanın təhsil şəbəkəsində kontentin süzgəc sisteminin təqdimatını keçirib.
Qeyd olunub ki, filtrasiya sistemi şagirdlər üçün potensial təhlükəli kontentin qarşısını alır. İştirakçılar uşaqların qanunsuz kontentdən qorunmasının texniki üsullarına dair fəal müzakirələr aparıblar. Toplantıda həmçinin zərərli informasiya ilə dolu wap-resursların sayının kəskin sürətdə artmasından narahatlıq ifadə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri