“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024 / 16:16

Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin əməkdaşlığı çərçivəsində 2017-ci ildən etibarən “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir.

Xeberler.az məlumat verir ki, layihənin məqsədi şagirdlərin alqoritmik düşüncə və məntiqi təfəkkürünün inkişafına, onlara yeni texnologiya və rəqəmsal bacarıqları, proqramlaşdırmanın sirlərini daha dərindən öyrətməyə nail olmaqdır: “2024-2025-ci tədris ilindən etibarən daha 230 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir. Ümumilikdə layihənin əhatə etdiyi şagirdlərin sayı 510 min nəfərə çatıb. “Rəqəmsal bacarıqlar”ın işğaldan azad edilmiş ərazilərdə də tətbiqinə başlanılıb. Layihə çərçivəsində, 2021-2022-ci tədris ilindən etibarən təhsilini informasiya texnologiyaları sahəsi üzrə davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris edildiyi təmayül siniflər açılıb. Hazırda informatika təmayüllü belə siniflərdə 13 region üzrə 42 məktəbdə 1256 şagird təhsil alır”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə