Previous Next
Bağla

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017 12:54
 Mənzil almaq istəyənlərə şad xəbər

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi yenilik baş verib.

Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər.

Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

Xeberler.az-ın məlumatına görə, bununla bağlı  “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda İctimai təqdimat keçirilib.

Tədbirdə çıxış edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, Komitənin də fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini genişləndirir:

"Digər sahələrlə yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində də yeniliklər tətbiq edilir. Qeydiyyat prosedurlarının sadələşdirilməsi, qabaqcadan qeydiyyat mexanizminin fəaliyyəti, elektron çıxarışın mövcudluğu bu sahədə görülən işlərin əyani sübutudur. Eyni zamanda vətəndaşların bilavasitə ünvanlarında keçirilən “Kütləvi çıxarış” və hüquqi yardım kampaniyası, mobil xidmətlər Komitənin sosial layihələrindəndir. Digər faydalı xidmət isə innnovativ üsulların tətbiq edildiyi “Əmlakın qeydiyyatı kalkulyatorudur”". 

Komitə ölkə vətəndaşlarına, mənzil sahiblərinə böyük fayda verə biləcək, onların işini sadələşdirəcək 2 yeni elektron  xidmət istifadəyə verib.

Bunlar “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləridir. Bu xidmətlərin artıq Elektron Hökümət portalına inteqrasiya edildiyi də qeyd olunub.

Bildirilib ki,  “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmətinin köməyi ilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənəcək.

Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumatı elektron qaydada onlayn rejimdə  əldə edə bilər. Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir.

Xidmət vasitəsilə vətəndaş mənzil almamışdan qabaq sahib olacağı mənzilə çıxarışın verilməsi üçün ilkin hüquqmüəyyəedici sənədlərin qaydasında olub olmamasını elektron şəkildə, əvvəlcədən real vaxt rejimində öyrənə biləcək. Bu isə gələcəkdə istər paytaxtda, istərsə də regionlardakı vətəndaşların mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, onların etibarlı və leqal əmlak sahibi olmasına köməklik edir.

Vətəndaşlarda etibarlı, çıxarışla təmin olunumuş mənzil və ev alqı-satqısında geniş seçim imkanı yaradır. Eyni zamanda xidmət bazarda mövcud olan leqal əmlaklara sahib olan vətəndaşların sayının artmasına, bu sahədə mövcud risklərin minumuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır, vətəndaş-məmur münasibətlərini minumuma endirir, bu sahədə çevikliyi artırır. Həmçinin bununla mənzillər üzərində ipoteka, girov, alqı-satqı kimi iqtisadi əməliyyatların yerinə yetirilməsi daha da sadələşir. 

Yeni istifadəyə verilən digər elektron xidmət - “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” də öz əhəmiyyətinə görə, mənzil sahibləri və alıcıları üçün mühüm əhəmiyyət daşıyır.

Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə emək istədikləri ərazidə evlərin təqribi bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə biləcəklər. Nəticədə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minumuma enir. Eyni zamanda onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir.

Xidmətdən istiafdə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Portala daha 3 e- xidmət əlavə olundu

22-09-2017

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

Özəlləşdirmə prosesində elektron hərracların tətbiqi genişləndirilir

26-07-2015

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə