Previous Next
Bağla

Portala daha 3 e- xidmət əlavə olundu

22-09-2017 10:20
Portala daha 3 e- xidmət əlavə olundu

Əmlak Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya edildi. Bununla da,  Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərinin sayı 35-ə çatıb.

Bu barədə Xeberler.az-a Məlumat Hesabalama Mərkəzindən məlumat verilib.

Komitənin, “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”,  “AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu” adlı xidmətlərindən artıq "Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.

Qeyd olunan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumat əldə edə bilər.

“Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatları ala bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.

İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir.

Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.

Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning Observation System) Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017

AZPOS-a qoşulmaq üçün sənəd qəbuluna başlanıb

31-07-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Bakıda AzPOS informasiya sisteminin ictimai təqdimatı keçirilib

02-07-2019

Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə