Previous Next
Bağla

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019 13:12
Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb
Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb. Hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələrdən biri də daşınmaz əmlakın qeydiyyatıdır. 

Xeberler.az bildirir ki, Doing Business 2020 hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmət istifadəyə verilib. Çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər, mənzillərin qiymətinin öncədən bazar dəyərlərinə uyğun olub-olmadığı onlayn rejimdə öyrənmək mümkündür, o cümlədən çıxarışların verilməsi üçün müraciət və sənədlər elektron qaydada  qəbul edilir. Vətəndaşlar 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənə bilirlər. Daşımaz əmlakın qeydiyyatı ilə bağlı ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı vətəndaşların işini sadələşdirən “Əmlak kalkulyatoru” fəaliyyətdədir.

Eyni zamanda çıxarışlarının verilməsinin 1 iş günü müddətinədək azaldılması da vətəndaş məmnunluğunun artmasına imkan verdi. Qeyd edilməlidir ki, əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1,3,7,10 iş günündə hazırlanır.
 
Bundan başqa Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə qeydiyyat xidmətləri daha operativ göstərildi, xidmətlər beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edildi, o cümlədən qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərə əlçatanlıq daha da artırıldı.  Məkanda gün ərzində orta hesabla 1000-ə yaxın vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. İndiyədək Məkana 170 minə yaxın müraciət olub. Gələcəkdə isə məkan arealını genişləndirməklə Gəncə və Xaçmaz bölgələrində də fəaliyyət göstərəcək.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı  Fərmanına əsasən artıq çıxarışlar yalnız elektron şəkildə verilməyə başlandı. Burada əsas məqsəd ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.

Elektron çıxarışın tətbiqi ölkə rəhbəri tərəfindən aparılan elektron hökumət quruculuğuna töhfə oldu. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirdi və optimallaşdırdı. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat sahəsində prosedurları tam olaraq avtomatlaşdırdı. Bundan başqa çıxarışların arxivləşdirilməsinin elektron qayda da həyata keçirilməsi vətəndaş məmnunluğunun artmasına şərait yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Fərmanın  icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır. Proses davamlı olaraq həyata keçirilir.

Qeydiyyat xidmətlərini vətəndaşa daha yaxın edən sosial layihə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Sosial kampaniyalar vasitəsilə səyyar mobil ofislər şəhərlərlə yanaşı, ucqar dağ kəndlərində, iş yerlərində, fermer təsərrüfatlarında olmaqla birbaşa vətəndaşların ünvanlarında qeydiyyat xidməti göstərir, əmlaklarına dair ilkin sənədlər toplayır. Daşınmaz əmlakın qeydiyyat xidmətlərinin bilavasitə vətəndaşın ünvanında göstərilməsi onların əlavə vaxt itirmədən, rahatlıqla, ünvanlarında qeydiyyat xidmətlərindən yararlanmasına imkan verir. Qeyd edək ki, 2014-cü ildən bəri komitə tərəfindən ölkə üzrə 400 minə yaxın fiziki və hüquqi şəxsə səyyar formada qeydiyyat xidmətləri göstərilib. 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

02-11-2018
Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019
Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

02-10-2019
Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019
Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

12-04-2019
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019
Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015
Təkrar qeydiyyat onlayn rejimdə necə  aparılır?

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

26-11-2018
ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019
Mobil qeydiyyat kampaniyası davam edir

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019
Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

Vətəndaşlara 95 mindən çox elektron xidmət göstərilib

07-09-2015
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015
Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019
SMS-lə əmlakın icarə borcunu öyrənin

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

18-02-2019
Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019
Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə