Previous Next
Bağla

Mənzillərin onlayn satışında yaranan problemdə kimdir günahkar?

08-05-2018 17:03
Mənzillərin onlayn satışında yaranan problemdə kimdir günahkar?

Məlumat verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində problem yaşanıb.

Belə ki, dünən mənzillərin onlayn satışı həyata keçirilib. Sistem isə bu satışın öhdəsindən gələ bilməyib. Saytda yüklənmələr olub və minlərlə insana alqı-satqı ilə bağlı bildirişlər gedib.

"“Güzəştli mənzil” sisteminə ümumi müraciət 60 184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib".

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) birgə açıqlamasında qeyd edilir.

Əslində sistemdə nə baş verib, kimdir günahkar?

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni saytımıza şərh edib.

Ekspert deyib ki, ilkin araşdırmalar onu göstərir ki, problem əsasən MİDA-nın “Güzəştli Mənzil” informasiya sisteminin özündə olub. Yəni, qeydiyyatdan keçənlərin bildirişlər alması bu informasiya sisteminin qüsürları ilə bağlı olub:

“Portal vasitəsilə sistemə daxil olandan sonra orada məlumatların emal edilməsi, vətəndaşlara bildirişlər göndərilməsinin eGov portalına hər hansı aidiyyatı yoxdur. Bu proseslər MİDA-nın proqramı , onun informasiya sistemi vasitəsilə emal olunur. Görünür ki, MİDA bu proqram təminatını (RİSK şirkəti tərəfindən hazırlandığı bildirilir) qəbul edərkən yetərincə testdən keçirməyib”.

Onun sözlərinə görə, ən azı oturuşmuş şirkətlər, ekspertlər bunu tetsdən keçirməliydi:

“Həmçinin də aidiyyatı dövlət qurumları bu cür dövlət əhəmiyyətli informasiya sistemini istismara buraxanda təhvil-təslim prosesi olmalıydı. Görünür ki, sistem yetərincə yoxlanılmadan istismara buraxılıb”.

Osman Gündüz qeyd edib ki, portalın da müəyyən problemləri olub:

“Elektron imzadan istifadə etməklə Portala daxil olmadakı ləngimələr göstərir ki, qabaqcadan bu məqamlar nəzərə alınmayıb. Hansı ki onlar MİDA-nın gözlənilən onlayn müraciətlərin sayı ilə bağlı şifahi tələblərinə əhəmiyyət vermədən bu gücü artıra bilərdilər. Hazırda AzİnTelecom-da yerləşən portalda bunu etmək elə də çətin deyildi. Eyni zamanda düşünürəm ki, Portalın, daha doğrusu hələlik eGov-un operatoru hesab olunan MHM-in əsas səhvlərindən biri də elektron imzadan istifadəni yetrincə tənzimləyə bilməməsində olub. Belə ki, bir elektron imzadan bir ailənin eyni anda bir neçə üzvünün isifadəsi portalın ciddi yüklənməsinə səbəb olub. Güman ki, portalın informasiya sistemi bunu hətta hücum olaraq da qəbul edə bilərdi”.

Ekspert hesab edir ki, MHM bir elektron imzadan eyni anda bir nəfərin isifadə edə bilməsi üçün ciddi tədbirlər görməlidir:

“Beləliklə, yekun qənaətimiz ondan ibarətdir ki, sistemə daxil olmaqda olan ləngimələrə, elektron imzadan istifadədə olan problemlərə rəğmən, vətəndaşlara alqı-satqı ilə bağlı səhvən bildirişlərin göndərilməsi, məlumatların emal prosesindəki qüsurlar MİDA-nın düzgün işləməyən “Güzəştli Mənzil” İnformasiya Sistemi ilə əlaqəlidir”.

Osman Gündüz xüsusi olaraq vurğulayıb ki, baş verənlərdən bütün maraqlı tərəflər ibrət dərsi götürməlidirlər. Xüsusilə də artıq ölkədə Egov məsələsinə cavabdeh qurum olan VXSİ Dövlət Agentliyi bunların təkrarlanmaması üçün ciddi tədbirlər görməlidir:

“Dövlətə məxsus informasiya sistemlərinin, proqram təminatlarının istismara verilməsinin dəqiq qaydaları, konkret məsul şəxsləri müəyyən olunmalı və cavabdehlik daşınmalıdır”.

O, həmçinin, güzəştli mənzillərin alqı-satqısı ilə bağlı hazırki nəticələrin ləğv edilməsi daha ədalətli hesab edir:

“Fikrimcə, MİDA və Portal sistemləri yeniləməlidirlər, sistemlərin istismara hazır olması səlahiyyətli qurumlar tərəfindən yoxlanılmalı və sonra yenidən bu prosesə start verilməlidir”.

Osman Gündüz qurumların birgə bəyanatını da şərh edib:

“Baş verən ciddi nöqsanlarla bağlı bu gün MİDA və NRYTN açıqlama yayıb. Mən həmin açıqlamadan heç nə anlaya bilmədim ki nə baş verib və kimdir günahkar?. Açıqlamadan hansı qurumun günahının hansı səviyyədə olduğunu müəyyən etmək mümkünsüzdür. Bəlkə də bu, qəsdən edilib ki, məsuliyyətdən yayınmaq olsun. Və ya problemi texnologiyanın üzərinə yıxsınlar.
Güzəştli mənzil satışı aksiyasının prezidentin fərmanı ilə həyata keçirildiyini nəzərə alsaq , düşünürəm ki baş verənlər aparılan islahatlara ciddi kölgə sala bilər. Yəqin ki, bunu yuxarılarda daha ciddi müzakirə edəcəklər.
Odur ki fikrimcə, NRYTN, Egov-un operatoru MHM, MİDA və proqarm təminatını hazırlayan RİSK şirkəti baş verənlərlə bağlı ciddi bir açıqlama verməlidir”.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018

Mənzillərin onlayn satışı ilə bağlı nəticələr ləğv edilə bilərmi?

17-05-2018

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018

Güzəştli mənzil satışında 28 dəqiqə müəmması

07-09-2018

Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA-nın çökmüş Güzəştli Mənzil Sistemi yenidən qurulub

27-07-2018

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

MİDA yeni onlayn satış elan edib

16-11-2023

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə