Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Güzəştli mənzil sistemi vasitəsiylə mənzillərin seçimi zamanı yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirildiyini bildirib.
Xeberler.az bildirir ki, MİDA bu barədə açıqlamasında Güzəştli mənzil sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlərin görüldüyünü qeyd edib. MİDA tərəfindən Ernst & Young (EY) nüfuzlu beynəlxalq audit şirkəti cəlb edilərək, Güzəştli mənzil sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (Trust Services meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib.
Cari ilin 20 iyul tarixində EY şirkəti Güzəştli mənzil sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdıraraq əldə olunmuş nəticələrə dair SOC 2 və SOC 3 rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində Güzəştli mənzil sisteminin etibarlılığı və əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiq edilib.
MİDA-nın açıqlamasında qeyd edilir ki, güzəştli mənzil sistemi EY şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda SOC 2 və SOC 3 rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı Güzəştli mənzil sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
Xebeler.az bildirir ki 7 may 2018-ci il tarixində Güzəştli mənzil sistemi vasitəısilə mənzillərin ilkin onlayn seçimi prosesində ciddi problemlər yaranmışdır.
Sistemin alqoritmlərinin düzgün müəyyən edilməməsi , öncədən testdən keçirilməməsi ucbatından mənzillərin onlayn seçimi prosesində sistemin dayanıqlı və texniki şərtlərə uyğun fəaliyyətində ciddi qüsurların yarandığı müəyyən olunub.
Ekspertlər hədsiz çox vəsait ayrılmasına baxmayaraq sistemin qüsurlu hazırlandığını və testdən keçirilmədən qəbul edildiyini bildirirdilər.
Bütün baş verənlərdə sistemin proqram təminatının hazırlanmasına cavadeh olan RİSK şirkətinin əsas məsuliyyət daşıdığı bildirilirdi.
Sistemin qüsurlu fəaliyyəti nəticəsində xeyli sayda vətəndaşlara mənzillərin əldə olunması ilə bağlı şirkət adından bildirişlər göndərilmişdir.
MİDA-nın infromasiya sistemində yaranan problem ciddi ictimai müzakirələrə səbəb oldu ki, nəticədə MİDA mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı göstəriciləri ləğv etmişdir.
Xeberler.az -ın əldə etdiyi məlumata əsasən ötən müddət ərzində MİDA, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər aidiyyatı qurumlar problemin araşdırılması və aradan qaldırılması istiqamətində ciddi addımlar atıb.
Elektron hökumət quruculuğu sahəsində cavabdeh qurum olan VXSİ Dövlət Agentliyində bu məqsədlə xüsusi işçi qrup yaradılıb. İşçi qrupa bütün əlaqəli qurumların nümayəndələri daxil edilib və MİDA-nın informasiya sisteminiin çökməsinin səbəbləri araşdırılıb və onun gələcək dayanıqlı fəaliyyəti ilə bağlı tövsiyyələr hazırlanıb. VXSİ Dövlət Agentliyi yanında yaradılan Elektron Hökumətin İnkişafı Mərkəzi bu sahədə kordinasiya işlərini həyata keçirib.
Bundan başqa növbəti həftə MİDA və VXSİ Dövlət Agentliyi rəhbərlərinin, VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın iştirakı ilə MİDA-nın hazırladığı informasiya sisteminin təkmillşdirilmiş versiyasının təqdimati nəzərdə tutulub.
Aida İSAQ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri