Verilmiş məlumata əsasən, “Meta” şirkəti öz ilk AR (Artırılmış Reallıq) eynəklərini 2024-cü ilin sonuna kimi satışa çıxardacaq.
Xeberler.az məlumat verir ki, bu barədə məlumatı The Verge saytı məsələ ilə yaxından əlaqəli olan şəxslərə istinadən verib. Məlumatda qeyd edilib ki, 2024-cü ildə şirkətin Project Nazare adlı ilk AR eynəyi satışa çıxacaq. Həmin eynək heç bir smartfondan və ya kompüterdən asılı olmayaraq müstəqil şəkildə çalışa biləcək. Bundan əlavə, Mark Zuckerberg sözügedən AR eynəyin Hypernova adlı bir qədər sadələşdirilmiş versiyasını da satışa çıxartmağı planlaşdırır.
Sadələşdirilmiş AR eynək modeli isə smartfon ilə birlikdə çalışacaq. Həmin eynək smartfondakı mesajları və digər məlumatları əks etdirə biləcək. Bununla yanaşı şirkətin planları artıq bir neçə il üçün hazırdır. Belə ki, şirkət AR eynəyin ikinci versiyasını 2026-cı ildə, üçüncü versiyasını isə 2028-ci ildə satışa çıxartmağı planlaşdırır. Zuckerberg ilə yaxından əlaqəli olan şəxslərin verdikləri məlumata əsasən, o öz cihazını İT sahədə innovasiya kimi təqdim etməyi hədəfləyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri