Google, internet əlaqəli gözlüyü Glass-ı, məhsulun daha uyğun qiymətli bir versiyasını çıxarana qədər fərdi istehlakçılara satmayacağını bildirib. Satışlar, 19 yanvardan etibarən dayandırılıb.
Google, Glass'ın şirkətlər tərəfindən istifadə olunan bu versiyasını fərdi müştərilərə satmağa davam edəcək. Şirkət, Glass-ın fərdi müştərilər üçün çıxarılacaq yeni versiyanın satışı haqqında hələ bir tarix vermədi. Google Glass texnoloji cihazlar bazarına qayıtdığı zaman, bazarda olan ağıllı saatlarla rəqabətə girəcəyi bildirilir.
Başa taxılan bir cüt eynək çərçivəsindən meydana gəlməsinin xaricində əslində bir ağıllı telefon vəzifəsi görən Google Glass, bir natiq, əllə idarə etməyi tələb etməyən bir kamera və sağ eynək çərçivəsinin üstünə ilişdirilmiş kiçik bir görüntü ekranından ibarətdir. Şirkət, Glass-ın sınağının böyük bir hissəsi kompüter proqramçıları və 2013-cü ildə təşkil olunan yarışmanın qaliblərindən ibarət 10 min adama verərək etmişdi.
Məhsul, xüsusi olaraq satış dəvəti edilən kəslərdən başlayaraq pilləli olaraq 1500 dollara satışa təqdim edilmişdi. Glass-ın bazara çıxanda ictimaiyyətdə böyük maraq çəkməsinə baxmayaraq aradan keçən iki ildə cihazın diqqət görməməsinin, dizaynının bəyənilməməsi və qiymətinin yüksəkliyindən qaynaqlandığı düşünülür.
Məhsul, ayrıca gizli görüntü qeyd etmək imkanı da tanıyır. Şəxsi həyatın gizliliyinin pozulmasına yol açacağı narahatlığıyla tənqid olunmuşdu.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri