Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Galaxy Fold” smartfonunu sentyabr ayından satışa çıxartmağı planlaşdırır.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, dünyanın ilk qatlanan displeyli smartfonunun buraxılışı jurnalistlərin aşkar etdiyi qüsurlar üzündən təxirə salınmışdı. “Samsung” bəyan edib ki, cihazın təkmilləşdirilməsi çərçivəsində displeyin “İnfiniti Flex” qoruyucu təbəqəsi gücləndirilib, ekranı qorumaq üçün metal təbəqəsinin qalınlığı artırılıb, şarnirlər üzərində qoruyucu qapaqlar quraşdırılıb, şarnirlə smartfonun gövdəsi arasındakı məsafə azaldılıb. Bununla yanaşı, qatlanan cihaz üçün servis və interfeyslərin təkmilləşdirilməsi üzərində işlərin davam etdirildiyi bildirilir.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət