Previous Next
Bağla

Microsoft məktəblilərə proqramlaşdırma öyrədir-Foto

23-06-2017 00:00
Microsoft məktəblilərə proqramlaşdırma öyrədir-Foto

Microsoft Azerbaijan şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilərə “Kod Saatı” (“Hour of Code”) layihəsini təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, layihənin əsas məqsədi uşaqlara proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasının çatdırılmasıdır.

Layihə çərçivəsində Microsoft Azerbaijan  şirkətinin komandası Bakının 220 saylı orta məktəbini, Azərbaycan Britaniya Kollecini, həmçinin Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib. Məktəblərə səfər zamanı məktəblilərə sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan, ingilis və rus sektorlarının III və VI siniflərində təhsil alan məktəblilər iştirak edib. Məktəblilərlə söhbət zamanı onların gələcək ixtisasları barədə sorğu keçirilib. Cavablar gözlənilən olub: həkim, psixoloq, müəllim, dizayner, modelçi və s. Lakin Microsoft Azerbaijan komandası praktikada məktəblilərə onların hər gün qarşılaşdığı, amma fikir vermədikləri tipik alqoritmi necə tətbiq etməyi göstərəndən sonra məktəblilər proqramçı olmaq istədiklərini etiraf ediblər.

Tədbir çərçivəsində təcrübə əldə etmiş məktəblilər fantaziyaları və bacarıqlarını istifadə edərək JavaScript dilində sadə proqramlar yaza biliblər. Microsoft Azerbaijan komandası sözügedən təşəbbüsü ölkənin digər təhsil müəssisələrində davam etdirməyi planlaşdırır.

“Kod Saatı” təşəbbüsü proqramlaşdırmanın populyarlaşdırılması ilə məşğul olan Code.org publik qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Azərbaycanda bu aksiya Microsoft Azerbaijan şirkəti tərəfindən keçirilir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəklənir. Kod Saatı – məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan – informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir.

Bundan başqa, məktəblilərə proqramlaşdırma və elektronikanın öyrədilməsi üçün xüsusi qurğu sayılan birplatalı Micro Bit kompüteri təqdim olunub. M

icro Bit Cortex-M0 prosesorunun ARM bazasında işləyir və Bluetooth LE, microUSB, 5 daxiletmə-çıxarılma klemması və qırmızı rəngdə 25 ədəd işıq diodu ilə təchiz olunub. Qurğuda, həmçinin, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr mövcuddur. Micro Bit iki ədəd AA batareyası ilə işləyir və ya USB-dən qidalana bilər.

“Hazırda uşaqların əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmazlığı ilə üzləşir. “Kod Saatı” təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib. Məktəblərə gəlməmişdən öncə biz “Kod Saatı”nı ofisimizdə əməkdaşlarımızın uşaqları üçün təşkil etdik, belə ki, biz informasiya texnologiyalarının əhəmiyyətini ailələrimizə nümayiş etdirmək istərdik. Biz yeni ideyalara böyük önəm veririk və məhz bununla təhsilin transformasiyasını dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları artıq hazırlıqlı qarşılaya bilsin”, - deyə Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

“Kod Saatı” təşəbbüsü – 180 ölkədən artıq milyonlarla tələbə və məktəblini əhatı edən qlobal bir hərəkatdır. Hər kəs istənilən ölkədə “Kod Saatı”nın təşkilatçısı ola bilər. Öncədən heç bir hazırlıq tələb etməyən birsaatlıq dərslər 40-dan çox dildə əlçatandır. #CoolMSAz

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şamaxıda Kod saatı layihəsi təqdim edilib

28-12-2018

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017

Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

26-12-2022

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

Kodlaşdırmanı öyrənmək istəyənlər üçün ödənişsiz təlim

10-12-2015

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

04-03-2024

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

27-12-2023

Yeni oyun uşaqlara kod yazmağı öyrədir

17-11-2015

Bakıda Yay Kompüter düşərgəsinin açılış mərasimi keçirilib

03-07-2009

Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

08-12-2017

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

14-05-2021

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017

Imagine Cup 2018 müsabiqəsinin qalibləri açıqlandı

15-05-2018

Bakıda “Ofis hər yerdə” aksiyası keçirilib

05-06-2015

Microsoft Azərbaycanın innovativ müəllimini seçib

14-04-2017

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə