Previous Next
Bağla

Microsoft Azərbaycanın innovativ müəllimini seçib

14-04-2017 11:14
 Microsoft Azərbaycanın innovativ müəllimini seçib

Microsoft Azerbaijan şirkəti “İnnovasiya müəllimi-mütəxəssisi”  adı uğrunda keçirilən qlobal müsabiqə çərçivəsində Azərbaycanda ilin müəllimini seçib.

Xeberler.az-ın məlumatına görə, bu ada layiq görülmüş müəllim Torontoda təşkil olunmuş “Educator Exchange E²” konfransında iştirak edib və xarici həmkarları ilə şəxsi təcrübəsi ilə bölüşüb. 

Biləsuvar Təhsil Kompleksinin informatika müəllimi Xalid Çəndirli qlobal müsabiqə çərçivəsində təhsildə texnologiyanın effektiv tətbiqinə görə Microsoft tərəfindən İnnovasiya müəllimi-mütəxəssisi adına layiq görülüb və Azərbaycanı Kanadanın Toronto şəhərində keçirilmiş “Educator Exchange E²” qlobal konfransında təmsil edib.

Sözügedən nüfuzlu forum dünyanın innovasiya müəllimlərini bir araya gətirib və tədris prosesinin təşkilində təcrübə, bilik və innovasiya həllərinin mübadiləsi üçün meydançaya çevrilib.

Xalid Çəndirli Microsoft-un təhsil üzrə veb-saytının (education.microsoft.com) ən fəal istifadəçisi olub.

Sözügedən portal informasiya texnologiyalarını təhsildə effektiv istifadə etməyə çalışan müəllim və təhsil təşkilatlarının nümayəndələri üçün yaradılıb.

Qeyd edək ki, istənilən müəllim bu portalda tam pulsuz şəkildə qeydiyyatdan keçib, Microsoft-un təhsil materiallarından yararlanıb, müxtəlif mövzularda mühazirələrə qulaq asıb, həmkarların təcrübəsindən istifadə edib, öz bilik və bacarıqları ilə bölüşə bilər.

Təhsil müəssisələrinin nümayəndələri portalın imkanlarından nə qədər müntəzəm yararlansa, bir o qədər çox ball toplayır və müvafiq sertifikat və status əldə edirlər.

1 000 və bundan çox ball toplayan və müvafiq statusa malik olan müəllimlər İlin müəllimi adına layiq görülür və Microsoft tərəfindən qlobal konfranslarda iştirak etmək üçün seçilir.

Xalid Çəndirli Azərbaycanda sözügedən portalın ən faəl iştirakçısı olaraq Torontoda təşkil olunmuş “Educator Exchange E²” konfransında iştirak etmək imkanını qazanıb.

Microsoft-un təhsil üzrə veb-saytının əsas məqsədi portala daha çox müəllim cəlb etmək, onları hazırlaşdıraraq peşəkarlıq səviyyələrini artırmaqdan ibarətdir. Hazırda portaldan istifadə edənlərin sayı 4 milyondan çoxdur.

“Dünyanın 83 ölkəsindən 240 təhsil işçisinin iştirak etdiyi tədbirdə Microsoft korporasiyasının ən son texnoloji yenilikləri ilə tanış olmaq və praktiki biliklər verən kurslarda iştirak etmək şansı qazandıq. Ən yadda qalan və maraqlı məqamlardan biri müəllimlərin öz fəaliyyətini əks etdirən stendlərlə tanışlıq oldu. Çünki yaradıcılığı görmək digərlərini də ilhamlandırır. Fürsətdən istifadə edib, Microsoft Azerbaijan şirkətinə yaratdıqları imkan üçün təşəkkürümü bildirirəm və Azərbaycan müəllimlərini “Microsoft”un təhsil üzrə veb-saytında qeydiyyatdan keçməyə çağırıram”, - deyə Xalid Çəndirli bildirib.

Artıq bir neçə ildir ki, Microsoft şirkəti İnnovativ müəllim-mütəxəssis adı uğrunda qlobal müsabiqə keçirir. Bu əhəmiyyətli təhsil təşəbbüsünün əsas məqsədi müəllimlərə ideyalar qazandırmaq, təhsildə yeni yanaşmalar tətbiq etmək və təcrübə mübadiləsi üçün imkan yaradan qlobal pedaqoq şəbəkəsinin inkişaf etdirilməsidir.

“İnnovasiya müəllimləri-ekspertləri dünya miqyasında innovasiya metodlarından istifadə edərək təhsil mühitinin transformasiyasını həyata keçirilər. “Educator Exchange E²” konfransı müəllimlərə həmkarları ilə təcrübə mübadiləsi aparmaq, o cümlədən tədris prosesində yaranan problemlərin həll etmək imkanını yaradır. Onların innovasiya ideyaları bizim üçün böyük əhəmiyyət kəsb edir və məhz bununla biz təhsilin transformasiyasını dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları hazırlıqlı qarşılasın”, - deyə Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Microsoft-un innovasiya müəllim-ekspertləri təhsildə innovasiyanın inkişafı, tədris nəticələrini yaxşılaşdırması üçün texnologiyanın istifadəsi üzrə bilik və bacarıqlara yiyələnmək məqsədilə korporasiya ilə sıx əməkdaşlıq edirlər və texnologiyanın təhsil prosesinə nə cür yardım etməsinə dair öz təcrübələri ilə fəal paylaşırlar. Onlar, həmçinin digər müəllimlər üçün mentordur və təhsil texnologiyaları, o cümlədən Microsoft-un məhsul və alətlərindən istifadə etməsi üzrə təlimlər keçirilər.

“Microsoft Educator Exchange E²” – kontent, pedaqoqika və texnologiyanı şagirdlərin nümunəvi hazırlıq üsulları ilə birləşdirən dünyanın ən innovativ müəllimlərini və onların nailiyyətlərini tanıyan mötəbər illik bir hadisədir.

Tədbir müəllimlərə əməkdaşlıq etmək, təhsilin təkmilləşdirilməsi, şagirdlərin əldə etdikləri nailiyyətləri bir qədər də yaxşılaşdırmaq və təhsil sisteminin transformasiyası məqsədilə texnologiya və pedaqoqikanın inteqrasiyası istiqamətində onlara öz təcrübələri ilə bölüşmək imkanı yaradır. Bu il 2 500-dən çox insan sözügedən konfransı canlı yayımda izləyib.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
 Microsoft Bakıda böyük tədbir keçirəcək

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018
Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

08-05-2012
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017
2009-cu ili Microsoft-un Azərbaycandakı fəaliyyəti üçün uğurlu saymaq olarmı?

2009-cu ili Microsoft-un Azərbaycandakı fəaliyyəti üçün uğurlu saymaq olarmı?

27-11-2009
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

03-03-2010
Azərbaycan müəllimləri üçün “Microsoft Innovative Education” proqramı üzrə ekspert olmaq imkanı

Azərbaycan müəllimləri üçün “Microsoft Innovative Education” proqramı üzrə ekspert olmaq imkanı

30-06-2021
London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018
Microsoft-un keçirdiyi  beynəlxalq təhsil Forumuna Azərbaycan da qatılacaq

Microsoft-un keçirdiyi beynəlxalq təhsil Forumuna Azərbaycan da qatılacaq

12-05-2009
Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

Azərbaycan Dünya İnnovativ Təhsil Forumunda iştirak edəcək

25-10-2010
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə