“Milli Grid Seqmenti”nin açılış mərasimi olacaq

26-10-2009 / 17:45

29 oktyabr 2009-cu il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yaradılmış “Milli Grid Seqmenti”nin və Black Sea Interconnection (BSI -)layihəsinin açılış mərasimi keçiriləcək.

Mərasim Park Inn mehmanxanasında başlanacaq və AMEA-nın Fizika İnstitutunda seminar-treninqlə davam etdiriləcək. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali tədris müəssisələrinin, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, İKT sahəsində aparıcı şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Milli GRİD seqmenti beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, Azərbaycan alimlərinin beynəlxalq elmi layihələrdə iştirakına əlverişli şərait yaradacaq. Avropa Komissiyası tərəfindən maliyyələşən BSI layihəsinin əsas məqsədi Cənubi Qavqaz regionunda tədqiqat-təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturunun qurulmasıdır.

Qeyd edək ki, Milli GRİD seqmentinin Avropanın Milli Tədqiqat və Təhsil Şəbəkələrini birləşdirən GEANT2 şəbəkəsi üzərindən Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN, Cenevrə) ilə inteqrasiyasının təmin olunması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yüksək sürətli internet kanalı təşkil edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə