Previous Next
Bağla

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017 12:40
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Məlumdur ki, AMEA Rəyasət Heyətinin AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi haqqında” 14 dekabr 2016-cı il tarixli qərarından irəli gələn vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texniki dəstəyi ilə akademiyanın bir sıra institut və təşkilatlarında şəbəkə infrastrukturu yenidən qurulur.

İnstitutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov Xeberler.az-a bildirib ki, bu yaxınlarda AMEA Fizika İnstitutunda da Wi-Fi şəbəkə texnologiyasının infrastrukturu yenidən qurulub və Eduroam xidməti qurumun əməkdaşlarının istifadəsinə təqdim olunub:

"Fizika İnstitutunda bu istiqamətdə işlərin görülməsi institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına daha geniş imkanlar yaradacaq".

Qeyd edək ki, GEANT (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərəfindən təqdim edilən Eduroam (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Rəşid Ələkbərovun sözlərinə görə, ölkəmizdə Eduroam şəbəkəsinin yaradılması GEANT Assosiasiyasında Azərbaycanı təmsil edən İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.

Eduroam xidməti institut tərəfindən AzScienceNet elm-kompüter şəbəkəsinin bazasında yaradılıb.

AMEA-nın bir sıra institut və təşkilatlarında qurulmuş Milli Eduroam serveri Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçib.  

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015

Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

08-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə