Bu günlərdə məlumat verildi ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC "4Maps Bilgi Teknolojileri" MMC ilə məbləği 3 milyon 729 min 561 manat olan satınalma müqaviləsi bağlayıb.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
“Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb və kim qlobal xəritə xidmətlərinə təqdim edib, bizim dövlət qurumlarımız, yoxsa 4Maps Bilgi Teknolojileri şirkəti ?
Tikinti-Təchizat Birliyi "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi" üzrə adı çəkilən şirkətdən və adları hələlik bizə məlum olmayan digər şirkətlərdən daxil olan təkliflər sorğusu yekunlaşdıraraq yuxarıda qeyd olunan şirkəti qalib elan edib. Mövzu maraqlı gəldiyindən bir qədər araşdrıma apardım.
Məlum oldu ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” MMC burada “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Coğrafi məlumatlar və xəritə xidmətləri verən bu şirkət Azərbaycanda xeyli işlər görəcəyini elan edib. 750-1500 nəfərlik iş yeri açacağını bildirib. Dünyanın bir çox xəritə xidmətləri təklif edən qlobal şirkətlər ilə, Apple, Yandex, HERE və s. qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb. Əlbəttə, bütün bunlar təqdirə layiqdir.
Diqqətimi cəlb edən maraqlı bir məqam ondan ibarət oldu ki, bu şirkət Azərbaycanla bağlı, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və Azərbaycan dilinə dəyişdirilməsi , xəritə dəyişiklikləri üzrə datanın toplanmasını və qlobal xəritələrdə dəyişdirilməsini öz əməyi olaraq təqdim edib.
Halbuki daha öncədən də məlum idi ki , bunu bizim bir neçə dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” MMC , İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti , RİNN, XİN və AMEA birgə işləyərək və uzun müddət davam edən çalışmalar, açıq məlumat bazasının formalaşdırılması, qlobal şirkətlərlə yazışmalar və inteqrasiya əsasında həyata keçirmişdilər.Bu haqda Nazirlər Kabinetinin də xüsusi qərarı var və dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdi. Bununla bağlı biz də dəfələrlə açıqlamalar vermişdik .
Düzü, açıq-aşkar özümüzün dövlət qurumumlarımızın reallaşdırdığı bir işin “4MAPS Bilgi Teknolojileri” şirkətinin öz adına çıxmasını, dövlət qurumlarının da buna susqunluğunu anlamadım. Bəlkə də, kimlərsə bu şirkətin tenderdəki start vəziyyətinin gücləndirilməsi üçün bu addımı atıblar. Eyni zamanda bu şirkətin qlobal xəritə xidmətləri verən şirkətlərlə Azərbaycan adından danışıq aparmaq, bizim dataları haradan əldə etməsi və qlobal şirkətlərə inteqrasiyası səlahiyyətini necə əldə etməsi də mənə qaranlıq qaldı . O ki qaldı bu tendering mahiyyətinə, düzü burada da bizim üçün anlaşılmaz məsələlər yarandı.
Söhbət yuxarıda qeyd olunan tender məlumatındakı hansı rəqəmsal platformanın yaradılmasından gedir. Bir qədər araşdrıdıqda müəyyən etmək olur ki, İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin kordinatlarını müəyyən edən, qanunsuz obyektləri aşkara çıxarmağa imkan verən 3D formatlı bir rəqəmsal paltforma yaratmağı hədəfləyib. Əgər reallıq yalnız bundan ibarətdirsə , buna da xeyli təəccüblənmək lazımdır.
Çünki belə bir data artıq iki qurumda , elə İN-nin Əmlak Məsələləri Dövlət Xidmətinin Ünvan Reyestrində, bu qurumun hazırladığı digər resurslarda və elə AVİS-də var.
Yəni , dövlətə məxsus olan oxşar informasiya resursları var ki , artıq əldə olunması arzulanan məlumatlar xeyli hissəsi bu resurslarda toplanıb. Eyni zamanda daha öncədən də ölkəmizdə milli məkan məlumatları ilə bağlı infrastrukturun formalaşması haqqında rəsmi sənədlər qəbul edilib. Belə olan halda görəsən nizamnamə kapitalı 10 manat olan, bir qədər də düşündürücü, burada qeyd etmək istəmədiyim məqamları olan şirkətə tələm-tələsik 3.7 milyon manat verərək yeni, parallel bir informasiya resursunun hazırlanması hansı zərurətdən yaranıb?
Düşünürəm ki, yetərincə dataya malik olan ƏMDX və ya AVİS-ə sahib olan Dövlət Vergi Xidməti, həmçinin elə ölkəmizin xəritə və coğrafi məlumatlarla məşğul oaln şirkətləri artıq mövcud olan data əsasında bir neçə günə özləri bunu hazır edə bilərdilər.
Ümumiyyətlə, aparılan monitorinqlər göztərir ki, bizdə dövlət qurumlarına məxsus xeyli sayda parallel, oxşar informasiya sistemləri, oxşar data bazalar yaradılıb.
Elə situasiya formalaşıb ki, az qala hansı dövlət qurumu səhər tez dursa bir informasiya sistemi , hətta çoxsaylı altsistemlər hazırlamaq niyyətində olur. Bu, doğru bir yanaşma deyil.
Zaman-zaman bu informasiya resurslarının da maliyyələşdirilməsi üçün büdcədən əlavə resurslar tələb olunur. Düşünürəm ki, bu cür anlaşılmaz və səmərəsiz infrastrukturun formalaşmasında rəqəməmsal hökumətə cavabdeh olan VXSİ Dpvlət Agentliyinin, onun eGov Mərkəzinin də məsuliyyəti var.
Fikrimcə bu cür resursların auditini aparmaq, təkrarçılıqları aradan qaldırmaq , paralelçiliyə imkan verməmək, inteqrasiya məsələlərinə diqqət yetirmək , mövcud resurslardan daha effektiv istifadəyə zaman və vəsait ayırmaq daha doğru addım olardı.
Yeri gəlmişkən, ölkədə eGov səlahiyyətləri RİNN-də olduğu zaman açıq olan dövlət informasiya sistemləri reyestri də ASAN-a keçəndən sonra hələ də qapalı vəziyyətdədir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri