Previous Next
Bağla

MMX protokolları üzrə özbaşınalıq dövrü başa çatdı

14-04-2016 17:49
MMX protokolları üzrə özbaşınalıq  dövrü başa çatdı

Məlumdur ki,  Dövlət Yol Polisi İdarəsinin MMX(Mərkəzi Məlumat Xidməti) protokolları sürücülər üçün ciddi bir başağrısına çevrilmişdi.

Az qala hər bir maşının bir neçə MMX protokolu olurdu. Sürücülərin əksəriyyətinin də bundan xəbərləri olmurdu. Sürücü Daxili İşlər Nazirliyinin saytındakı (mia.gov.az) cərimələrin öyrənilməsi sistemində və ya asanpay.az -da sürücülük vəsiqəsi ilə araşdırma apardıqda da məlum olurdu ki,  onun hər hansı bir cəriməsi yoxdur. Bununla belə yolda DYP müfəttişi  həmin sürücünü saxlayıb ”radarın, bir neçə də ödənilməmiş cərimən var” deyirdi.

 Bu MMX protokollara görə, cərimə meydançalarına aparılanlar da olurdu.

Yəni, bu vətəndaşlara cərimələri barədə  hər hansı bir bildiriş gəlmirdi  və rəsmi saytda da bu haqda heç nə qeyd edilmirdi.

Protokollar elektron sistemə daxil edilmədiyindən hətta bildiriş üzrə banklarda da ödəmə mümkün olmurdu. Belə halda sürücü məcbur olurdu ki , DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.

 Artıq İnzibati Xətlara Məcəlləsində edilən dəyişiklik və bununla bağlı DİN tərəfindən istifadəyə verilən yeni bir xidmət bütün bunlara son qoyub.

Belə ki, Daxili İşlər Nazirliyi cərimələr haqqında məlumat almaq və onlayn formada ödəniş etmək  üçün yeni onlayn xidmət istifadəyə verib.

Məlum olduğu kimi Prezidentin 2016-cı il 15 fevral tarixli Fərmanı ilə cari ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.

Bu dəyişikliklər yol hərəkəti ilə bağlı qaydaların möhkəmləndirilməsi və sürücülərin, bəzən isə həm də yol polisi əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəlib.

Məcəllədə edilən yeniliyə görə, qayda pozuntusunun nəzarət kamerası və ya radar vasitəsilə aşkar edilməsindən sonra həmin qayda pozuntusuna görə protokol yalnız elektron qaydada sürücünün iştirakı olmadan tərtib ediləcək.

Yəni protokolun tərtib olunması üçün sürücünün DYP orqanına dəvət olunması, eləcə də sürücünün qaydanı pozduğu ərazidə saxlanılaraq bilavasitə DYP əməkdaşı tərəfindən protokol tərtib olunması birmənalı olaraq qadağan olunur. Yeni dəyişikliyə əsasən, bütün nəzarət kameraları və radar qurğuları Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.

 Yeni dəyişikdə həmçinin qeyd edildi ki, qayda pozuntusu xüsusi texniki vasitə ilə müəyyən edilibsə və bu 1 ay ərzində internet informasiya resursunda yaradılan elektron kabinetinizdə yerləşdirilməyibsə, o zaman sizi inzibati məsuliyətə cəlb edə bilməzlər.

DİN tərəfindən hazırlanan yeni elektron xidmət də məhz bu qeyd olunanların daha asan və rahat formada həyata keçirilməsi məqsədilə yaradılıb.

Bununla əlaqədar Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanıb.

Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin Baş Dövlət Yol Pol İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb.

Xeberler.az-ın məlumatına görə, yeni yaradılan e-xidmet.mia.gov.az-da sürücülük vəsiqənizi, nəqliyyat vasitənizi və aktiv etibarnamələrinizi sistemə daxil edərək cərimələriniz barədə məlumat əldə edə bilərsiniz.

Eyni zamanda sistemə şəxsiyyət vəsiqənizin FİN kodunu daxil edərək piyadalar üçün olan cərimələri də öyrənə bilərsiniz.

Qeyd edək ki, sayt üzərinədən bütün yol hərəkəti ilə bağlı cərimələrin onlayn ödənişini həyata keçirmək mümkündür. Saytda “Şəxsiyyət vəsiqəsi”, VÖEN”, “Sənəd nömrəsi”, “Sürücülük vəsiqəsi” , həmçinin “Cərimə protokolu” üzrə axtarış edib, cərimələrinizi öyrənib ödəniş edə bilərsiniz.

Sayta həm öz avtomobilləriniz, həm də etibarnamələriniz barədə məlumatları da daxil edə bilərsiniz.

Qərarsız (inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş) protokollarla bağlı onlayn ödəmə imkanı da yaradılıb.

Məlum olduğu kimi,  digər ödəniş sistemlərində hələlik bu tip protokollar üzrə ödəniş etmək olmur.

Sayt üzərindən bütün yol hərəkəti ilə bağlı cərimələrin onlayn ödənişini həyata keçirmək mümkündür. Saytda qeydiyyatdan keçəndə mobil telefonunuza təsdiq bildirişi də gəlir.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.azhttps://e-payment.mia.gov.az linklərinə daxil ola bilər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Radarla qeydə alınan qayda pozuntusu dərhal elektron formada açıqlanmalıdır

Radarla qeydə alınan qayda pozuntusu dərhal elektron formada açıqlanmalıdır

12-01-2016
DYP-dən sürücülərə müraciət – Elektron məlumatlarınızı yeniləyin

DYP-dən sürücülərə müraciət – Elektron məlumatlarınızı yeniləyin

08-01-2018
Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018
Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

12-02-2015
"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026
Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015
ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

07-11-2016
ASAN ödəniş sisteminə daha bir dövlət qurumu qoşuldu

ASAN ödəniş sisteminə daha bir dövlət qurumu qoşuldu

26-10-2015
"İCMAL" elektron informasiya sistemi yaradılır

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025
DİN-in elektron səhifəsində problem yaranıb

DİN-in elektron səhifəsində problem yaranıb

03-05-2018
“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı  - 500 000-İ KEÇDİ

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021
Radarların çəkdiyi şəkil və videolar birbaşa vətəndaşa təqdim olunacaq

Radarların çəkdiyi şəkil və videolar birbaşa vətəndaşa təqdim olunacaq

09-02-2015
ASAN ödəniş sistemindən istifadə qaydaları təsdiq edilib

ASAN ödəniş sistemindən istifadə qaydaları təsdiq edilib

08-12-2015
İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025
Komitənin tətbiq etdiyi cərimələr ASAN ödəniş sistemi vasitəsilə ödənəcək

Komitənin tətbiq etdiyi cərimələr ASAN ödəniş sistemi vasitəsilə ödənəcək

08-07-2015
Daxili İşlər Nazirliyində yeni sayt istifadəyə verilib

Daxili İşlər Nazirliyində yeni sayt istifadəyə verilib

30-03-2016
DYP-dən Instagram və Facebook-da canlı yayım edənlərə xəbərdarlıq

DYP-dən Instagram və Facebook-da canlı yayım edənlərə xəbərdarlıq

03-08-2017
ASAN ödəniş sistemi haqqında fərman

ASAN ödəniş sistemi haqqında fərman

01-05-2019
Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020
 Nazirlik ASAN ödəniş sisteminə qoşuldu

Nazirlik ASAN ödəniş sisteminə qoşuldu

03-09-2015
Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

23-02-2024
DİN-dən cərimə sistemi ilə bağlı - Açıqlama

DİN-dən cərimə sistemi ilə bağlı - Açıqlama

11-01-2016
“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

01-04-2025
Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

17-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə