Previous Next
Bağla

Radarla qeydə alınan qayda pozuntusu dərhal elektron formada açıqlanmalıdır

12-01-2016 18:19
Radarla qeydə alınan qayda pozuntusu dərhal elektron formada açıqlanmalıdır

Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır.

Xeberler.az Avtosfer.az-a istinadən  məlumat verir ki, Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur.

Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.

Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal ASAN ödəniş sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir.

Amma təcrübədən məlumdur ki, bu heç də həmişə belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə konkret müddət müəyyən edilir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025

MMX protokolları üzrə özbaşınalıq dövrü başa çatdı

14-04-2016

DYP-dən sürücülərə müraciət – Elektron məlumatlarınızı yeniləyin

08-01-2018

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025

ASAN ödəniş sistemi haqqında fərman

01-05-2019

Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

12-02-2015

Bələdiyyələr hesabat və aktlarını informasiya sisteminə yerləşdirəcək

02-12-2024

Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları açıqlanıb

15-11-2017

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018

“Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları” təsdiq edilib

06-08-2025

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015

“ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib

19-05-2021

Torpaqlardan istifadəyə nəzarət müasir texnologiyalar əsasında keçiriləcək

17-10-2019

ASAN ödəniş sistemində yeniliklər edilib-Sürücülərin nəzərinə

07-11-2016

Telekanallarda son səkkiz ayda doqquz ciddi pozuntu faktı aşkarlanıb

02-09-2024

Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

31-03-2020

"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olunub

03-03-2026

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

Məktəblər hesabatları elektron formada təhvil verəcəklər

27-02-2013

BNA Prezidentin fərmanını niyə icra etmir?

19-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə