Previous Next
Bağla

Mobil telefon seçimində hansı məsələlərə diqqət etməliyik?

14-01-2016 10:33
Mobil telefon seçimində hansı məsələlərə diqqət etməliyik?

Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır. Belə bir məqamda bütün istifadəçilər mobil telefon seçimində bəzi məsələləri diqqətdə saxlamalıdırlar.
 
Xeberler.az RYTN-nin elektron xəbər xidmətinə istinadən məlumat verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən (ASİHMDX) bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir.

Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür. Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə da diqqət yetirilməlidir.
 
Belə ki, mobil telefonların  müvafiq sənədləri, o cümlədən  pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır. Həmçinin mobil telefon haqda zəruri və ətraflı məlumatların verilməsi də tələb edilməlidir. Keyfiyyətli telefon müvafiq sertifikata malik olmalıdır.
 
Eyni zamanda, saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul telefonun fərdi nömrəsi, mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə - IMEI (International Mobile Equipment Identification) kodunun yoxlanmasıdır.
 
Belə ki, telefonun korpusunda yazılmış IMEI kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş IMEI kodlar üst-üstə düşmürsə, bu telefonun orijinal olmadığının göstəricisidir.
 
Bundan başqa, satıcı mal ilə birlikdə istehlakçıya müvafiq sənədləri də təqdim etməlidir. Buraya, kassa çeki, istehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər, zəmanət talonu daxildir. Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır.
 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəxəssisləri müraciətin yazılı təqdim edilməsini və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbzin olmasını vacib hesab edir.
 
"Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ var" – deyə qurumdan bildirilib.
 
Ən əsas məqam ondan ibarətdir ki, mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir.
 
Amma istehlakçı mobil cihazı sındırıbsa və ya içərisini zədələyibsə istehsalçı yaranmış qüsurlara görə heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir.
 
Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.

Xeberler.az
  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

Mobil telefon bazarında fəaliyyətdə olan bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

08-04-2022

Azərbaycanda elektron siqaretlərin satışı və idxalında qanunsuzluqlar aşkarlanıb

25-07-2023

Mobil cihazların qeydiyyat sistemi istifadəçilərin maraqlarının qorunmasına yönəlib

26-02-2013

İqtisadiyyat Nazirliyi: Whatsappın yeni istifadə qaydaları qanunu pozmur

23-06-2021

Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

31-03-2020

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022

Mobil cihazların qeydiyyatına dair dəyişikliklərin mahiyyəti açıqlanıb

01-12-2022

Çində satıcı mobil telefonunun partlayışından dünyasını dəyişib

04-02-2009

195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub

18-05-2015

Kompüter və mobil telefon mağazalarında bahalaşma

23-02-2015

Mobil telefonlar yeriş zamanı qidalanacaqlar

29-08-2008

12 saat danışıq müddəti - bu artıq reallıqdır.

30-12-2008

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023

Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub

10-12-2024

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

Samsung-dan Ekoloji telefon

05-10-2009

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

195-2 Telefon Məlumat Mərkəzinə 36 mindən çox müraciət daxil olub

06-08-2015

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022

Ölkəmizdə iPhone-ların rəsmi satışı başladı

21-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə