Previous Next
Bağla

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018 16:18
Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

Son zamanlar rəqəmsal mühitdə istehlakçı hüquqların pozulması  ilə bağlı tez-tez narazılıqlar müşahidə edilir.

Xüsusilə də mobil xidmətlər, elektron xidmətlərin göstərilməsi sahəsində istehlakçıların hüquqlarının qorunması ilə bağlı vəziyyət pisləşib.

Belə problemin olduğunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a  təsdiqləyib.

Onun sözlərinə görə, mobil və elektron xidmətlərin keyiyyəti sahəsində istifadəçilərn maraqlarının qorunması da yetərincə təmin olunmur:

“Yəni, istifadəçilərin hesablarından əsassız olaraq pulların silinməsi, istifadəçinin razılığı olmadan onun hansısa xidmətə qoşulması, rouminq zamanı aldadılması, istifadəçinin şəxsi məlumatlarının müxtəlif şirkətlərə qanunsuz olaraq ötürülməsi, elektron formada olan xidmətlərin keyiyyətsizliyi, haqsız rəqabət və s. bu kimi hallar artıb”.

Ekspert hesab edir ki, İnformasiya cəmiyyəti inkişaf etdikcə, “Əşyaların İnterneti” prosesi gücləndikcə, mühit tam olaraq rəqəmsallaşdıqca bu problemlər daha da artacaq:

“Son zamanlar, ölkənin mobil bazarında xüsusi çəkiyə malik Azercell şirkətinin də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən satın alınacağı ilə bağlı işlərin getdiyini nəzərə alsaq(hələlik adı çəkilən tərəflər bunu təkzib etməyiblər) rəqəmsal mühitdə maraq toqquşmalarının daha da artacağını, elektron mühitdə istifadəçilərin maraqlarının qorunmasının daha da çətinləşəcəyini proqnozlaşdırmaq olar”.

Nə etməli? 

“Qanunvericiliyə görə istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cavabdehdir. Lakin müşahidələr göstərir ki bu qurum rəqəmsal mühitdə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməkdə çətinlik çəkir. Düşünürəm ki ölkəmizin müasir inkişaf tendensiyasını əsas götürərək, son dövrlərdə dövlət idraəetməsi sahəsində atılan addımlara uyğun olaraq bu sahədə də ciddi islahatlar aparılmalıdır. Fikrimcə, adı çəkilən qurumun vəzifə və səlahiyyətlərinə yenidən baxılması və onun müstəqil, birbaşa prezidentə tabe ola olan dövlət qurumu olaraq fəaliyyət göstərməsi daha doğru addım olardı”.

Osman Gündüz vurğulayıb ki, bütün mobil və elektron xidmətlərlə bağlı vətəndaşların qanuni maraqlarının qorunması üçün bu qurumda vahid bir Qaynar xətt yaratmaq çox faydalı olardı:

“Eyni zamanda ,ümumiyyətlə, rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı ayrıca bir dövlət xidmətinin yaradılması məsələsi də nəzərdən keçirilə bilər”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil operatorlardan narazı olan məşhurlar-Siyahı

18-01-2018

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

Karqolar və rəqəmsal dünyada istehlakçı hüququ

16-09-2021

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

KOBİA son vəziyyətlə bağlı “Volt Azərbaycan” şirkəti ilə görüşüb

16-08-2023

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

"Elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib

12-03-2026

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

31-03-2020

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

11-10-2018

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə